Trampın Türkiyəyə qarşı səbri nə qədər çəkəcək? Xüsusilə prezident Rəcəb Ərdoğanın pərəstişkarı olmayan Con Boltonun təyin edilməsindən sonra…
Buna qədər Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri, həmçinin İraq Türkiyənin regiona müdaxiləsinə olduqca ölgün təpki bildiriblər. Qətərin Türkiyəyə, digər qonşu dövlətlərin isə Afrində YPG qüvvələrinə dəstək verməsinə dair xəbərlərə və şayiələrə baxmayaraq.
Artıq PKK yaraqlılarını izləmək üçün Sincar bölgəsinə doğru hərəkət edən Ərdoğan qüvvələrinə İraqın yuxulu xəbərdarlığı var.
Bununla belə, Türkiyənin regionda Amerika müttəfiqlərinin təqdir etməyəcəyi digər planları var və onlar Vaşinqtonda Türkiyəni Tramp administrasiyası ilə toqquşma nöqtəsinə gətirib çıxaracaq.
Afrin Ərdoğanın ovcuna rahat düşdükdən sonra Türkiyə lideri öz hegemoniyası ilə regional güc olma xəyalını davam etdirmək yolunda hərəkət edir. Əlbəttə ki, bu təhlükəlidir, həm də əsas tərəfdaş kimi Qətərlə birlikdə.
Son aylarda Qərb mətbuatı Türkiyənin Sudanla müqaviləsini az işıqlandırıb. Qırmızı dənizdəki tarixi Osmanlı adasını – Səvakini (səmərəli şəkildə icarəyə götürməklə) Türkiyənin hərbi bazası olmasına dair böyük planlar “Müsəlman Qardaşlar” üzvlərinə sığınacaq verməkdə Qətəri qınayan Misirdə hiddət doğurub.
Qətər adada Ankaranın hərbi tərəfdaşı olacaq və artıq Sudanla adada bir limanı inkişaf etdirmək və idarə etmək üçün 4 milyard dollarlıq müqavilə imzalayıb.
Əzələ nümayişi
Lakin bu möhtəşəm plan, Türkiyənin Qırmızı dənizdə əzələlərini bükməyə və regional güc kimi fəaliyyət göstərməyə başladığı zaman qonşuları qıcıqlandırır. Belə bir hərəkət yalnız Qırmızı dəniz deyil, həm də Misirin Süveyş kanalının fəaliyyəti üçün təhlükə, həm də Tramp administrasiyası üçün problem yaradır.
Türkiyənin fikrincə, o, Ankara-“Müsəlman Qardaşlar” əlaqələrindən “yorulmuş” bölgə düşmənlərini – Misir və Səudiyyə Ərəbistanının yerini tutub onları əvəz edə bilər.
Boltonun milli təhlükəsizlik məsləhətçisi təyin edilməsi bu planı pozacaq. Onun Türkiyəyə nifrəti bu məsələni gündəmə gətirə bilər.
Ancaq eyni zamanda, Türkiyənin bölgədə genişlənməsini dayandırmaq üçün KƏŞ ölkələrinin Vaşinqtondan kömək umması vaxtı yetişməyibmi?
Vaşinqton yalnız Səudiyyə Ərəbistanını yox, bütün bölgəni təhlükə altına ala biləcək Səvakin adasında öz hərbi bazasını qura bilməli və Türkiyənin niyyətinə müdaxilə etməlidirmi?
Türkiyənin Tramp dönəmində qarşılaşdığı yaxşı nümunədir.
ABŞ-ın konsulluq işçiləri həbs olunub və Ərdoğan ABŞ-dan 2016-cı ilin iyul ayında dövlət çevrilişi törətməsi iddia edilən Fətullah Gülənin ekstradisiyasını xahiş edib.
Nyu-York məhkəməsi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan yayınan türk bankçısı haqqında hökm çıxarıb.
Bəziləri Ərdoğanın cəsarətli sükutunu bunun təsdiqi kimi yozur.
Türkiyə Suriyadakı ABŞ qüvvələrinin gizli yerlərinə sızıb və 2017-ci ildə ABŞ prezidenti Tramp ilə görüşmək üçün ABŞ-a səfər edərkən, Türk liderin cangüdənləri Vaşinqtonda etirazçılarla toqquşub.
Bundan başqa, Ərdoğan ABŞ qüvvələrinə "Osmanlı şapalağı" ilə örtülü təhdid edib.
Ərdoğana ta əvvəldən əsla güvənməyən Trampın adamları üçün bütün bunlar böyük təəssüratdır və indi Boltonla – o, quzğunlar arasında ifrat quzğun hesab olunur – bəlkə də Ərdoğana qarşı son şərh təzələnir.
Əlbəttə ki Qətərin və Türkiyənin Qırmızı dənizdəki döyüş oyunlarına İranın qoşulub-qoşulmayacağına dair suallar açıq qalır. Ancaq Ərdoğanın regiondakı yeni cəsarəti İran və Rusiyanın məsuldur, çünki həm türk qüvvələrinin Afrinə girməsi, həm də Suriyada Əsədin qanadlarını kəsmək məqsədilə ərazi ilhaqına imkan yaradıblar.
Eyni strategiya indi də Qırmızı dənizdə həyata keçə bilər. Bəlkə də İran və Rusiya gözləmə oyunu oynayırlar. Əlbəttə, Rusiyanın regionda böyük iddiaları var və Səvakin qambitin bir hissəsi hesab edilir və ya o, ümumiyyətlə, Yaxın Şərqdə ABŞ hegemoniyasına qarşı vəziyyət kimi dəstəklənə bilər.
Amma Bolton Tramp administrasiyasının Yaxın Şərqdə Obamanın strategiyasını təkrarlamasını səhv sayır. Səvakin adası planı da ərəb liderləri yuxuya verməməlidir; güman etməsinlər ki, Ərdoğanın bölgədə müasir Osmanlı dövləti bərqərar etmə xəyalı Bosfor üzərindəki duman kimi tezliklə seyrələcək.
Martin Cey
“Əl-Ərəbiyyə”
Tərcümə: Strateq.az