“ZaminBank”ın müdiri bağça rəhbərini oyuna necə salıb?

30-03-2018, 18:24   


 

“ZaminBank”ın Qazax filialı ətrafındakı qalmaqalın pərdəarxası və gerçəkləri…

Redaksiyamıza daxil olan bir məktub son zamanlar banlkar ətrafında cərayan edən hadisələrə az da olsa aydınlıq gətirir. Hazırda bağlanmış bankardan olan “ZaminBankın” bir filialında baş verənlr ümumi bank sektorunun mənzərəsini ortaya qoyur. Yazı böyük həcmli oduğu üçün onu hissə-hissə və kiçik ixisarla dərc etmək  qənaətinə gəldik.

2011-ci ilin sonlarında Qazax rayonunda “ZaminBank”ın yerli filialı açılır və Məzahim Mirzəyev adlı şəxs ora müdir təyin edilir. Çox kiçik məbləğdə kredit üçün banka müracit edən Xatirə Əsgərovanı Məzahir Mirzəyev özü qəbul edir. Söhbət əsnasında məlum olur ki, Xatirə Əsgərova Xanlıqlar kənd Uşaq bağçası və körpələr evinin rəhbəridir. Filial müdiri müştərini yola salıb sabahı bir də gəlməsini bildirir. Qısa vaxt ərzində Məzahim Mirzəyev öyrənir ki, Bankın yaxınlığında  yerləşən Uşaq bağçası və köpələr evinin müdiri Xatirə Əsgərova Xanlıqlar kəndində tanınmış ziyalı ailəsindəndir və nüfuzlu bir şəxsdir.

Banka müştərilər necə cəlb olunub?

Növbəti görüşündə  Xatirə Əsgərova barəsində öyrəndklərini onun özünə bildirən filial müdiri bank üçün  müştəri toplamaqda köməklik etməsini xahiş edir. Onun 15 il bələdiyə üzvü olmasının, hazırda Uşaq bağçası və körpələr evinin müdiri işləməsinin bu işdə ona yardımçı olacağını deyir. İşçilərinin və yaxın qohumlarının bankın müştərisi olmasını ondan xahiş edir.

Bundan sonra  Xatirə Əsgərova banka müştərilər yönəldir. Bir müddətdən sonra filial rəhbəri bağça müdirini yanına çağıraraq bəzi müştərilərin ödəmə ilə bağlı problemlərinin yarandığnı deyir. Xatirə Əsgərova isə işi qanun çərçivəsində həll etməyi bildirir. Bu sözdən xoşlanmayan Məzahim Mirzəyev birdirir ki, bankın əsl sahibi Fransada yaşayan tələbə yoldaşı Nadir adlı şəxsdir. Heç kəs onun bir qəpiyini də yeyə bilməz. Həmin pulların Xatırə Əsgərovanın ödəməsini tələb edir. Növbəti gün bankın rəhbəri Xatirə Əsgəovanı yanına çağırıb bəzi şəxslərə verdiyi arayışların saxta olduğunu deyir. Pulu ödəməyəcəyi halda həmin arayışları prokurorluğa verəcəyi ilə bağça müdirini şantaj edir.

Xatirə Əsgərova ailəsinin nüfuzuna xələl gəlməməsi üçün  banka yönəltdiyi bəzi müştərilərin əvəzindən də ödəniş etməyə başlayır. Məbləğ çox oldğundan bu qayda ilə ödəmədə də problemlər yaranır. O zaman Məzahim Mirzəyev Xatirə Əsgərovaya yeni “məsləhət” verir ki, banka əlavə “mütərilər” cəlb et, amma onların alacağı məbləğ kassada qalsın və borcu ödəməyən köhnə müştərilərin borcu oradan ödənilsin. Xatirə Əsgərva bununla razılaşır. Hətta, başqa banklardan kreditlər götürüb, əvvəlki kreditlri ödəməyib rayonu tərk edənlərin kreditlərini bağlayır. Bu  minvalla köhnə borcların hissə-hissə ödənildiyini zənn edən Xatirə Əsgərova borcların qurtardığını düşünür və bankın baş mühasibinin yanına gəlir. Ona təqdim olunan çıxarışdan məlum olur ki, hələ xeyli miqdarda ödənilməmiş məbləğ var. Aydın olur ki, Məzahim Mirzəyəv müştərini daha dərin quyuya salmaq üçün planlar qurub. Ödənilən məbləğ əsas borcdan deyil, faiz borclarından silinib.

Xatirə Əsgərovanının “ZaminBank”ın Qazax filialna yönləndirdiyi Həməşəyeva Təranə Əşrəf qızı, Həməşəyev Taleh Möhübbət oğlu, Omarova Nəzakət Nəsib qızı, Omarova Fərqanə Şıldır qızı, Mustafayev Elxan Şıldır oğlu, Hacıyev Mərdəli Məhəmməd oğlu, İsayev Rəcəb Məcnun oğlu,  İsgəndərov Vüsal Temraz oğlu,  Omarov Füzuli Faiq oğlu, İsayeva Səltənət Qara qızı və başqalarının adına ödəməyə məcbur eildiyi məbləğ 500 min manata qədər təşkil edib.

İşə Baş Prokurorluğun idarəsi qoşulur

Bundan sonra kənd sakini Filip Məhərrəmov Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət edir.  Xatirə Əsgərova  müstətiq Rəşad İsgəndərov tərəfindən idarəyə çağrılır. Baş verənlər barədə Xatirə Əsgərova Korrupsiyaya qarşı mübarizə idarəsində ətraflı məlumat verir. Daha sonra mütəntiqin tapşırığı əsasında Qazax rayon prokurorunun müavini Rəfail müəllimə ifadə verir. Xatirə Əsgərova baş verənlərlə bağlı Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevə baş verənlərlə bağlı yazılı müraciət yazır, amma hansı səbəbdənsə Rəşad İsgəndərov bunun qarşısını alır.

“Zaminbank”ın Qazax filialının müdiri Məzahim Mirzəyevə qarşı çoxsaylı faktlar olmasına baxmayaraq müstəntiq onu  cinayət məsuliyyətindən kənarda saxlayır. Mənbənin iddiasına görə bu işin müqabilində Rəşad İsgəndərov Məzahim Mirzəyevdən 50 min manat rüşvət alıb.

“Hörmət” hər yerdə keçərlidir

 

Bundan sonra Xatirə Əsgərova barəsində cinayət işi açılır. İşi Qazax rayon prokurorunun müstəntiqi Zöhrab Səmədov aparır. Məzahim Mirzəyevn “hörməti” burda da işə yarayır. Xatirə Əsgərovanın əleyhinə hədə-qorxu ilə ifadələr alınır. Ona cinayət işinin materialları ilə tanış olmağa imkan verilmir. Özünün  vəkil tutmağına şərait yaradılmır. Dövlət hesabına təyin eilmiş vəkillər isə prokurorun və müstəntiqin əmri ilə oturub dururlar. İddia edilir ki, bu işdə Məzhim Mirzəyevin mütəntiq Zöhrab Səmədova “hörməti” 20 min manat olub. Qazax rayon prokuroru Əlirza Babayevin isə  Məzahim Mirzəyevlə ailəvi dost olduqlrı da bildirilir.

Cinayət işi yekunlaşdırılaraq Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilir. Məhkəmə iki ilə yaxın davam edir. İlk gündən şahid qismində çağrılanlar hamısı Məzahim Mirzəyevdən şikayətçi olduğnu bildirir. Onun məsuliyyətə cəlb olunmasını istəyirlər. Məhkəməyə sədrlik edən hakim Dadaş İmanov məhkəmə istintaqının yekununda Məzahim Mirzəyevin məsuliyyətə cəlb olunacağnı deyir. Hətta dövlət heabına təyin olunmuş vəkil vasitəsi ilə bank müdirinə Cinayət Məcəllsinin 182-ci ( hədə qoru ilə pul tələb etmə) maddəsi ilə cinayət işinin açılacağını da bildirir.

Lakin istintaqda olduğu kimi məhkəmədə də möcüzə baş vermir. 2 il 9 ay həbsdə saxlanılan Xatirə Əsgərova barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılır. Məzahim Mirzəyevin məhkməyə də xeyli miqdarda rüşvət verməsi  iddia olunur.

İndi zərərçəkmişləri bir sual düşündürür.. Onlara dəymiş ziyanı kim ödəyəcək?

Ardı var…

Yazıda adı hallanan şəxslərin mövqe bildirmək hüququ saxlanılır.

azadliq.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.