Konçitanın əri: "O mənim ilham mənbəyimdir"

16-06-2014, 01:31   

“Eurovision-2014”ün qalibi Konçita Vurstun həyat yoldaşı Jak Patriak müğənni ilə münasibətlərindən söz açıb.

Rəqqas Konçitanın onun ilham mənbəyi olduğunu söyləyib:

“O, mənim ümidimdir, onun sayəsində özümə inamım artır. Özünə inandıqda isə hər şeyi asanlıqla əldə etmək olar. Bu, ən yaxşı üsuldur. Mən Konçitanı sevirəm və onunla fəxr edirəm”.

Patriak Konçita ilə ailə qurduğu günü həyatının ən böyük hadisəsi adlandırıb: “Həmin günün yadıma salanda yalnız gülümsəyirəm. Bu, həyatımın ən xoşbəxt hadisəsi idi”.

O, uşaqla bağlı gələcək planlarından da söz açıb: “Konçitanın “Eurovision” müsabiqəsindəki qalibiyyətindən sonra Avstriya partiyalarından biri maraqlı təklif irəli sürüb. Artıq ölkəmizdə bizim kimi cütlüklərin övladlığa uşaq götürülməsinə də icazə verilə bilər. Əlbəttə ki, Konçita ilə mən də övlad sahibi olmağı arzulayırıq” .
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.