"Mələk"dən cazibədar fotosessiya

16-06-2014, 10:34   
"Mələk"dən cazibədar fotosessiya
Avstraliyalı top model Miranda Kerr "The Edit" jurnalının yeni buraxılışı üçün kamera qarşısına keçib.

ANS PRESS-in məlumatına görə, hər kəsin onu qanadlı, güllər içində, tül geyimlərdə görməyə alışsa da bu dəfə model pələng dərisi formalı geyinib. Cazibədar xanımın fotoqraflığını Kris Kollsu edib, stilisti isə Treys Teylor olub. İncə görməyə alışdığımız Miranda tamamiylə başqa insanı canlandıraraq rok musiqisinə yaxın və kobud geyimlərə üstünlük verib.

Obyektiv qarşısında bir-birindən cazibədar pozalar verən Kerr qısa cins şort, şalvar, dəridən olan qısa gödəkçə və bədəninin gözəlliklərini nümayiş edən top köynəklərdən istifadə edib.

Miranda professional model olmağına baxmayaraq hər zaman öz işindən razı qalmadığını dilə gətirib.

Qeyd edək ki, Miranda Kerr 2013-cü ildə də "The Edit" dərgisinin üz qabığını bəzəmişdi.






Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.