Son zamanlar Azərbaycan hökümət nümayəndələrinin insan haqları aktivistlərinə və ölkədə olan yazar və jurnalistlər qarşı apardığı repressiv siyasət müxalif fikirli insanlardan da yan keçməmişdir. ADP mətbuat xidmətinin yaydığı məlumata görə, partiyanın Xətai rayonu gənclər təşkilatının sədiri Namiq Muradlı mülki şəxslər tərəfindən zorla maşına mindirilərək qaçırılmışdır. Hadisəyə şahidi olmuş partiyanın fəal üzvü Rubail Qasımovun ADP mətbuat xidmətinə verdiyi məlumata görə, Namiq Muradlı qacırılan zaman zorakılığa məruz qalmışdır. Bu hadisə yaxınlıqda asayış keşiyi çəkən Polis Post patrul xidməti əməkdaşlarının gözü qarşısında baş verməyinə baxmayaraq, onlar hadisəyə müdaxilə etmək əvəzinə sakitcə ərazidən uzaqlaşdılar.
Xatırladaq ki, Namiq Muradlı ADP-nin Xətai rayonu gənclər təşkilatının olmaqla yanaşı, bütün müxalif düşərgədə cox məhşur simalardandır.Xatırladaq ki,Namiq Muradlı eyni zamandada qazetlərdə gedən bir cox hakimiyyət əleyhinə tənqidi yazarın müəllifi və bir çox aksiyaların təşkilatçılarından biri olmuşdur. Elə bu səbəbdəndə Namiq bəyin siyasi baxışlarına gorə qaçırılması heçdə şübhə yaratmır.
Dəyanət Əliyev