Diva, haqqında çıxan ölüm xəbərini yayanları “Onlar”da qınayıb
Aygün sevənlər bu xəbəri eşidən kimi onu zəng atəşinə tutublar. Aygün deyir ki, hətta qızı İlqarə də bu məlumatdan narahatlıq keçirib.
“İş görüşməsində idim. Telefonumun enerjisi bitmək üzrə idi. Birdən telefonuma zənglər gəlməyə başladı. Görüşmədə olduğum üçün telefonlara cavab verə bilmirdim. Artıq qızım zəng edəndə telefonu götürməli oldum. “Mama, hər şey yaxşıdır?” - soruşdu. Sonradan bildim ki, guya ki mən… Nə pis şey imiş bu ölüm xəbərləri".
Xanım Kazımova bunu piar kimi qəbul edənləri və xəbərləri yayanları da cavabsız qoymayıb.
“Bu piarı kim istəyər ki? Bu, şeytan işidir, insan işi deyil. Məndə ölən sifət yoxdur. Səhnədən də getmirəm. Məni səhnədən ancaq ya ölüm, ya xəstəlik, ya da xalqın gözündən düşmək ayıra bilər”.