“Böyük yeddilik” (G7) ölkələri Kremlin Ukraynaya dair atdığı addımlarına görə Rusiyaya qarşı sanksiya siyasəti yürütməkdə davam etdirəcəklər.
Bu barədə Kanada XİN-in məlumatında deyilir.
“G7 ölkələrinin XİN rəhbərləri qaydalara, o cümlədən ərazi bütövlüyünə əsaslanan mövcud dünya quruluşuna hörmətlə yanaşıldığını bir daha təsdiqləyiblər. Ukraynada həyata keçirdiyi qəbuledilməz addımlarına görə Rusiyaya qarşı tətbiq edilən sanksiya siyasəti davam etdiriləcək”, – deyə bəyanatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Almaniya XİN rəhbəri Hayko Maas da Rusiyaya təzyiqin artırılmasının vacibliyini qeyd etmişdi.