Ermənistanda qələbədən çox suallar doğuran istefalar: bu ölkədə Qərb qalib gəlib, yoxsa Rusiya?

24-04-2018, 10:41   

 |


Ermənistanda qələbədən çox suallar doğuran istefalar: bu ölkədə Qərb qalib gəlib, yoxsa Rusiya? - TƏHLİL


 



Ermənistan baş naziri Serj Sərkisyanın istefası haqda məlumat bazarertəsi günorta yayılıb. O bildirib: “Dövlət başçısı kimi sizə son dəfə müraciət edirəm. (Ermənistan müxalifətinin lideri) Nikol Paşinyan haqlıydı. Mən səhv buraxdım. Yaranmış durumda bir neçə həll var, amma mən bunların heç birinə getmərəm. Bu, mənlik deyil. Mən ölkəmizin başçısı vəzifəsini tərk edirəm”.

Ermənistanda keçmiş prezident Serj Sərkisyanın baş nazir postuna təyinatına qarşı kütləvi etirazlar artıq on gün davam edib. Dövlətin keçmiş başçısı bu yolla öz hakimiyyətini uzatmağı qət etmişdi. O, artıq iki dəfə (2008 və 2013-də) prezident seçilib, Ermənistan konstitusiyası isə bu postu dalbadal iki müddətdən artıq tutmağı yasaqlayır. Sərkisyan buna görə də konstitusiya islahatı keçirib. O, prezident üçün məhdudiyyət müddətini ləğv etməyib, 2015-ci il referendumunda idarəçiliyin parlament formasına keçməyə nail olub. Bundan sonra dövlətin formal başçısı, demək olar, bütün səlahiyyətləri itirib və bu, baş nazirə keçib. Bundan başqa, prezidenti ümumi seçkilərdə seçməkdən əl çəkiblər – bu, 2018-ci il martın əvvəlində Armen Sərkisyanı bu posta təsdiqləyən parlamentin müstəsna hüququ olub. Serj Sərkisyanın özü isə 2015-ci ildə referendum ərəfəsində hakimiyyət uğrunda daha mübarizə aparmamaq haqda dumanlı vədlərə baxmayaraq, baş nazir postuna təsdiqlənib. Yəni vəzifəni dəyişərək dövlətdə hakimiyyəti saxlayıb.

Bu qalaqurma Ermənistan vətəndaşlarının kütləvi etirazını doğurub. Etirazın qeyri-formal lıideri müxalif deputat, keçmiş jurnalist Nikol Paşinyan oldu. Müxalifət qismən yeni prezidentin vasitəçiliyi ilə dövlətin gerçək rəhbəriylə görüşə nail olarkən baş nazir Serj Sərkisyanla debata məhz o gəlib. Lakin danışıqlar cəmi bir neçə dəqiqə çəkib. Sərkisyan Paşinyan tərəfdən sərt basqını şantaj adlandıraraq və artıq 2008-ci ilin martında olduğu kimi müxalifətə qarşı güc işlətmək imkanına eyham vurmaqla studiyanı tərk edib.

Növbəti gün Nikol Paşinyan və etirazın başqa liderləri həbs olunub. Üçünə qarşı təhqiqat başlanıb. Əlbəttə, söhbət kütləvi iğtişaşların təşkilindən gedib. Müxalifətin özünün hesab etdiyi kimi, gerçəklikdə hökumətin vəzifəsi bundan ibarət idi ki, “çərşənbə gününədək”, aprelin 24-ə qədər etiraz hərəkatının liderlərini “ləğv etsin”. Şərhçilərin fikrincə, milli matəm günü baş nazirin seçildiyi tarixə “təhlükəli yaxınlığa” düşüb və hökumət ehtirasların qızışma gərginliyini gərəyincə dəyərləndirməyib.

Qanunvericilik baxımından hər şey dəqiq hesblanmışdı. Paşinyan Milli Məclisin deputatı kimi həbsdən sonra 72 saat boyunca buraxılmalıydı, yəni ancaq çərşənbə günü axşamüstü azadlığa çıxmalıydı. Müxalifət liderlərinin həbsindən sonra mitinqlər yatmağa doğru getməyib. Serj Sərkisyanın əleyhdarlarının məlumatına görə, bazar axşamı aprelin 22-də İrəvanın mərkəzi meydanına 150 mindən çox adam yığışıb. Dəstək mitinqləri Ermənistanın bütün dünya üzrə diplomatik təmsilçiliklərinin qarşısında da baş verib. Moskvada Erməni kilsəsinin kafedral camesinin qarşısında da Sərkisyana qarşı etiraza cəhd ediblər, lakin mitinqin bəzi iştirakçıları Rusiya polisi tərəfindən həbs olunub.

Diasporanın müdaxiləsi xeyli dərəcədə xaricdəki yurddaşların birbaşa və ya dolayı yardımıyla yaşayan Ermənistan üçün çox önəmli amildir. Bununla belə hələ Dağlıq Qarabağ müharibəsi dövründən diaspor qurumlarıyla ölkə hökuməti arasında xaricdə yaşayanların Ermənistanın daxili siyasətinə qarışmamalı olacağı haqda anlaşma qüvvədədir. Lakin səfirliklərin yanındakı mitinqlər göstərib ki, Sərkisyanın mövqeyi ağıllı-başlı zəifləyir.

Hökumətin orduyla bağlı durumu da səlis deyildi. O, adətən, Ermənistanda siyasətə qatılmır. Ölkə Azərbaycanla istənilən an açıq müharibəyə keçə biləsi dondurulmuş münaqişə vəziyyətində yaşayır. Belə ki hərbçilər həmişə əsas problemdən – ölkənin qorunmasından yayınmamağa çalışırlar. Lakin bazar etəsi günü etirazçıların sırasında gözlənilmədən hərbi geyimli adamlar görünüblər. Aydınlaşdığı kimi, onların işində təkcə Qarabağ uğrunda savaş veteranları deyil, həm də fəaliyyətdəki hərbçilər vardı. Ermənistan Müdafiə Nazirliyi bu haqda onların ünvanına faktiki hədəylə çıxış edib. Düzdür, müdafiə naziri Vigen Sərkisyan bu zaman xatırladıb ki, ordu yalnız ölkədə fövqəladə durum tətbiqi zamanı baş verənlərə qarışa bilər və birmənalı eyham vurub ki, onun idarəsi indiki münaqişədə hansısa tərəfi tutmaq istəmir. Beynəlxalq birlik etiraz günlərində Ermənistanda baş verənlərə əməli olaraq qıcıq verməyib, hadisələrin necə inkişaf edəcəyini gözləyib. Amma Moskvada Ermənistanda “antirusiya çevrilişi” baş verdiyini iddia edənlərin səsi getdikcə daha ucadan səslənib. Həmişəki kimi, müxalifətin etirazı arxasında “Qərbin əli”ni görməyə və baş verənləri növbəti “rəngli inqilab” kimi göstərməyə çalışıblar.

Ermənistan müxalifəti gerçəklikdə isə Sərksiyana qarşı çoxüzlü koalisiya birliyidir və fəaliyyətdəki hökumətdənsə əksəriyyəti az deyil, ola bilsin, daha çox Rusiyayönlü köklənib. Problem erməni etirazçılarda deyil, daha çox bundadır ki, Rusiya yaxın xaricə münasibətdə öz siyasətində dövlət maraqlarını deyil, konkret biznesmen və məmurlarla işgüzar əlaqələri rəhbər tutur. Bu adamlar Azərbaycanla daimi müharibə riskini nəzərə almaqla Moskvanın bölgədə sülhə zamin və praktik olaraq yeganə müttfəqi olduğunu unudaraq dərhal “rusanifrət isteriyası” haqda inildəməyə başlayıblar.

Doğrusu, daha çox demək olar ki, erməniləri Rusiyaya qarşı xoflu şərhlər, habelə Rusiyanın nomenklatur xadimləri tərəfindən Sərkisyanın xeyrinə təbliğat cəhdləri kökləyir.

İrəvanda hakimiyyət dəyişikliyinə Moskvanın mümkün qıcığına gəlincə, görünür, Kreml burada başqa bir strategiya seçib – Ermənistanın işlərinə baş qoşmamaq, uduzana bel bağlayaraq Rusiyanın azsaylı müttəfiqlərindən biriylə münasibətləri korlamamaq.

Amma burası da var ki, Ermənistanda hakimiyyətin yenilənməsi və Serj Sərksiyanın istefasının müxalifətin gerçək qələbəsinə çevrilib-çevrilməyəcəyinin nə qədər ciddi olacağı hələ sual altındadır. Axı erkən seçkilərdən hələ söhbət getmir və ölkənin idarəçiliyində bütünlükdə həmin adamlar qalıb. Müxalifəti isə hələ hakimiyyət uğrunda mübarizə gözləyir.

İvan Preobrajenski
rosbalt.ru, 23.04.2018


Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.