Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi “Şərəf” ordeni ilə təltif edib.
Bu barədə jurnalistlərə açıqlamasında TŞ-nin mətbuat xidmətinin rəhbəri Yevqeni Anoşin məlumat verib.
Anoşin bildirib ki, Nikolay Patruşev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya prezidentinin sərəncamına əsasən, “Şərəf” ordeni təqdim edib.