Rusiyanın Krasnoyarsk diyarında "Rosneft" şirkətinə məxsus neft-emalı zavodunda partlayış baş verib. Rusiyanın Birinci kanalının məlumatına görə, partlayış nəticəsində 5 nəfər ölüb, 7 nəfər də xəsarət alıb. Daha 3 nəfərin aqibəti isə məlum deyil.
Partlayış ötən axşam zavodun qaz-fraksiya təchizatında baş verib və ilkin ehtimallara görə, partlayışa həmin təchizatdakı neft-emalı məhsullarının yanması səbəb olub.
Partlayışdan sonra başlayan yanğın 400 kvadrat metr ərazini əhatə edib. Faktla bağlı Rusiya İstintaq Komitəsi "təhlükəsizlik tələblərinə əməl etməmə və iki və daha artıq şəxsin ölümünə səbəb olma" maddələri ilə cinayət işi açıb.