Füzulidə yas mərasimi biabırçılığı - Ehsan verənlərdən İcra hakimiyyəti pul yığdırır

29-04-2018, 11:46   



Füzulidə yas mərasimi biabırçılığı - Ehsan verənlərdən İcra hakimiyyəti pul yığdırır
"Füzulidə İcra hakimiyyətinin işçiləri kəndbəkənd düşüb yas yerlərində “monitorinq” aparır".

 Bunu Bizimyol.info saytının baş redaktoru Bahəddin Həzi yazıb.

Baş redaktor Füzulidə yas mərasimləri ilə bağlı qoyulan qadağadan sui-istifadə edildiyini deyir:

"Kim ehsan verirsə, ondan “göz yummaq” üçün “hörmət” tələb edir, olmayanda da “qadağandır” deyib ehsan üçün hazırlanan (diqqət edin: yas sahibinin öz puluna hazırladığı) yeməkləri müsadirə eləyib guya əsgərlərə, uşaq bağçalarına, xəstəxanalara aparırlar. Nə rəzalət! Hətta ilk vaxtlada buna etiraz edənlərə qarşı polisin “xidmət”indən belə istifadə olunub. Camaat da narazıdır. Ondan narazı deyil ki, niyə yasda yemək verilmir-fian. Bu deyil . Hamının yası düşür, bu rəzalətlə qarşılaşır, dövlətdən narazı düşür. Onsuz da bölgələrimizdə, bütövlükdə işsizlik, yoxsulluq, məmur, polis özbaşınalıqları, hakimlərin ədalətsizlikləri, bələdiyyələrin fırıldaqları, camaatın əmlakının, pay torpaqlarının qamarlanması, korrupsiya, inhisarçılıq… baş alıb gedir. Üstünə də bu yas narazılıqları gələndə dözülməzdir. Baxın, adamlar dayanıb yas mağarının qarşısında. Yas sahibi gəlib qıraqdan gələnlərə işarə edir ki, keçin arxa tərəfə, orda yemək yeyin. Sözsüz ki, keçmədik. Yas sahibi də incik düşdü. Heç kim yas yerinə yemək yeməyə getmir. Məsələ bunda deyil. Məsələ ondadır ki, insanların içindən seçib adamları gizlincə ehsan yeməyə aparırlar. Yas sahibi də pis duruma düşür, yasa gələnlər də. Füzuli rayon İcra Hakimiyyətinin başçısı belə bir vəziyyət yaradıb".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.