Gəncə şəhərində bir nəfər öz evində gözlənilmədən ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, faciə Kəpəz rayonunda qeydə alınıb.
Rayon sakini Mətanət Əliyeva mənzilində yıxılıb. Onun başı divara dəyib. Başından ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.