Ermənistanda Serj Sarkisyan hakimiyyətinə qarşı “Məxməri inqilabın” öndəri Nikol Paşinyan baş nazir seçilə bilməyib.
“Basta” Ermənistan mətbuatına istinadən xəbər verir ki, parlamentdə onun namizədliyinin lehinə 45, əleyhinə 55 deputat səs verib.
Paşinyanın baş nazir seçilməsi üçün ona 53 deputatın səs verməsi lazım idi. Lakin Sarkisyanın rəhbərlik etdiyi hakim Respublikaçılar partiyası yekdilliklə onun əleyhinə səs veriblər.
Paşinyan bildirib ki, bu göstərişi onlara hakimiyyətdən getmək istəməyən Serj Sarkisyan verib. “Məxməri inqilabın” öndəri xalqı yenidən küçələrə çağırıb.
Bastainfo.com