İcra başçısı Bəylər Əyyubovun qohumluğundan sui-istifadə də suçlanır

4-05-2018, 11:19   


Vaqif Abdullayevə sərt ittihamlar
İcra başçısı 17 əsr yaşı olan qəbirstanlığı təhqir etdirməkdə suçlanır
Beyləqanın icra başçısı Vaqif Abdullayevin qanunsuz əməlləri o həddə çatıb ki, artıq ictimaiyyətdə tanınmış şəxslər də dilə gəliblər. anaxeber.info saytı xəbər verir ki, bu günlərdə “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas “Facebook” səhifəsində Vaqif Abdullayevin ünvanına sərt tənqidlər səsləndirib. O icra başçısının fotosunu paylaşaraq yazıb:
“Şəkildə gördüyünüz şəxs BeyləqanRayon İcra Hakimiyyətinin başçısı professor Vaqif Abdullayevdir! Adam 6 ildir icra başçısıdır və rayon əhalisinin bu adamın rəhbərə yaraşmayan hərəkətlərindən ölkədə şikayət etmədiyi ünvan olmayıb! Heç bir nəticə yoxdur!
Hörmətli Bəylər Əyyubovun qohumluğundan sui-istifadə edib rayon əhalisinə qarşı hər cür pislik edən bu adam dəfələrlə edilən müraciətlərə baxmayaraq əhalinin inanc və axirət yeri olan “Cərcis peyğəmbər” ziyarətgahının ətrafındakı 17 əsr yaşı olan qəbirstanlığın kanalizasiya üfunəti ilə təhqir edilməsinə son qoymur!
Buna görə 100 mindən çox rayon əhalisinin çoxsaylı ağsaqqal və ziyalıları beyləqanlıların inandığı və güvəndiyi cənab Prezidentimiz İlham Əliyevə müraciət edərək icra başçısının bu hərəkətinə son qoyulmasını xahiş edirlər!”
anaxeber.info bildirir ki ,Vaqif Abdullayev 2012-ci ildə Beyləqanın icra başçısı təyin edilib. Ən qısa müddətdə qanunsuz əməlləri və müxtəlif qalmaqallarla gündəmə gəlib.  Artıq 2013-cü ildə Beyləqanda icra başçısının əməllərindən bezən iş adamlarından biri ona xəsarət yetirmək zorunda qalıb. O zaman mediada yayılan məlumatda deyilirdi ki, Tərlan Kamaloğlu adlı həmin iş adamı icra başçısı tərəfindən əhali arasında təhqiramiz ifadələrə “qonaq edildiyindən”
bu addımı atmağa məcbur olub.
Lakin bundan sonra da icra başçısı əhali ilə dil tapmağa çalışmayıb. Əksinə, qanunsuz əməllərini daha kəskin formada davam etdirib. Tapdıq Abbasın yazdıqlarından görünür ki, icra başçısı hətta Beyləqan əhalisinin heysiyyatı ilə oynamaqdan çəkinmir. Bu isə rayonda ciddi fəsadlara səbəb olar.  Bəlkə də bu səbəbdəndir ki, son günlər mətbuatda  işdən çıxarılacaq icra başçıları sırasında ilk olaraq Vaqif  Abdullayevin adı çəkilir. Görünür, artıq hakimiyyətin zirvəsində Beyləqanda ciddi narazılığın yaranmasından və bunun acı nəticələrə səbəb olacağından məlumatlıdırlar.
Tapdıq Abbasın yazdıqlarından o da anlaşılır ki, Vaqif Abdullayev Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubovla qohumluq əlaqələrindən sui-istifadə edir. Bu iddianın ortaya çıxması icra başçısının öz əməllərini pərdələmək və əhalini qorxutmaq üçün Bəylər Əyyubovun adını hallandırması ilə bağlı ola bilər. Əks təqdirdə Tapdıq Abbas ictimai şəkildə belə bir iddia səsləndirməzdi...
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.