Publika.az-ın qonağı kriminal dünyanın ən məşhur şəxsləri ilə bağlı sənədli-bədii kitablar yazan, jurnalist, yazıçı Bəhram Çələbidir.“Hər şey doxsan ikinci ildən sonra başladı...”- Bəhram bəy, kriminal dünyaya marağınız necə yarandı?- 3-cü sinifdən ədəbiyyat sahəsində mütaliəyə başlamışam. Müəllimlər evinin kitabxanasındakı demək olar ki, bütün kitabları oxumuşdum. Sonra öz kitabxanamı qurmağa başladım. Hazırda 3000 kitablıq bir kitabxanam var. Tələbəlik illərində kirayə qaldığım evin sahibi əvvəllər prokuror işləmişdi. Sonra yavaş-yavaş onun vəzifəsini aşağı salmışdılar. Kişi bir az içkiyə meyilli insan idi. O, mənə məhbəs həyatından hadisələr, istintaqlardan danışırdı. Həm də mən “Sovetski”də böyümüşəm. Bizim məhəllədə də çoxu məhbəs həyatı görmüş insanlar idi. Onlarla nərd, şahmat oynayanda məhbəs həyatının çətinliklərindən, yaşadıqlarından danışırdılar. Deyirdilər ki, bir dəfə ora düşdünsə, ömrünün axırına kimi alnında oranın möhürü qalır. Lotu Bəxtiyar bizim qonşumuz idi. Mən tələbə olanda onu kriminal avtoritet kimi çox da tanımırdılar. Daha doğrusu, o zamanlar lotulara, vorzakonlara o qədər maraq göstərmirdilər. Hər şey 1992-ci ildən sonra başladı. Sovet İttifaqı dağılandan sonra avtoritetlərin fəaliyyətinə maraq artdı.
“Bəxtiyar Vahabzadənin bir sözü ilə...”- Bəs Energetika fakültəsini necə, özünüz istədiniz, ya valideynləriniz tələb etdi?- Atam ədəbiyyata olan marağımı bilirdi. Ancaq deyirdi ki, mütləq mühəndis olmalısan. Şair, yazıçı olsan, gərək hökuməti tərifləyə-tərifləyə yaşayasan. Atamın acığı gəlirdi. Çünki bizim şəcərəmiz Çələbi xan nəslinin bir qoludur. Bəy nəslindən idik. Mən də Neft Kimya İnstitutuna qəbul oldum. Ancaq insitutuda da ədəbiyyat marağımdan əl çəkmədim. İnstututdan sonra mən Universitetdə fizika fakültəsində laboratoriyada laborant kimi çalışırdım və orada beş ilə yaxın işlədim. Həmin müddətdə şairlərlə, yazıçılarla görüşürdüm. Hətta bir dəfə Bəxtiyar Vahabzadəyə şeirlərimi də göstərmişdim. Filarmoniyada “Çəkməçi Əli” deyilən bir şəkili kişi var idi. O, Bəxtiyarla yaxın münasibətdə idi. Əlinin emalatxanasına başqa şairlər də gəlirdi. Orada Nizaminin, Fizulinin lap qədimdən qalan, ərəb əlifbası ilə yazılmış əsərləri dururdu. Görüşlərin birində şeirlərimi göstərdim Bəxtiyara. Dedi ki, sən olduqca pessimist yazırsan. Belə yazılarla qabağa gedə bilməzsən. Onun sözündən sonra yazmağı buraxıb, keçdim araşdırmaya.
Bir müddət sonra Şəkiyə köçdüm və Şahmat Məktəbinin direktoru vəzifəsində işlədim. Sonra oğlum universitetə qəbul oldu. Onu “Sovetski”də tək qoymamaq üçün gəldim Bakıya. 1998-ci ildə Lotu Bəxtiyar vəfat etdi. Gördüm ki, Nəriman Nərimanovun heykəlindən tutmuş, “yeddinci palalel küçəsinə” qədər camaat axışır. Dedilər ki, Bəxtiyar rəhmətə gedib. Nə isə... aparıb dəfn etdik.
Təxminən, bir ay sonra Nəsib İsmayılov “Bu gün” qəzetinin nəzdində “Avtoritet”i təsis etdi. Qəzetdə konkurs elan edildi ki, kim yaxşı bədii əsərlər yaza bilirsə, gəlib işləsin. Çingiz Ələkbərzadə də öz yazılarını gətirmişdi. Ancaq o, sonra işləməyə gəlmədi. Mən müxbir kimi işə başladım və 16 səhifəlik qəzetin, demək olar ki, əlli faizini yazırdım. Ondan qabaq yeddi-səkkiz qəzetdə idman mövzusunda yazırdım. “Avotitet”də işləyəndən sonra əsas iş yerim də ora oldu.
“KQB-nin kapitanı deyib ki, dostların incəsənət adamıdır, sən oğru”- Qəzetdə hansı avtoritetlər haqqında yazırdınız?- "TT Nəriman" var idi. Demək olar, hər gün bizə gəlirdi. Danışa bilmirdi. Ancaq köhnə əlifba ilə nəsə yaza bilirdi. Mən də onun yazdıqlarını bədiiləşdirirdim. O qədər çox siqaret çəkmişdi ki, boğazı tutulmuşdu. Qırtlağında dəlik açmışdılar. Ordan nəfəs alırdı. Ancaq onunla o qədər birlikdə olmuşduq ki, dodaqlarının tərpənişindən nə demək istədiyini anlayırdım. Yaxşı insan idi. Aşura günlərində, Qurban bayramında “Moskviç”i ilə pay-püş götürməyə gələn qoca qadınları evlərinə daşıyırdı. Axşama qədər kasıb-kusuba kömək edirdi. Baxmayaraq ki, kasıb yaşayırdı, bayramlarda iki qoyun alıb Göy Məscidə göndərirdi.
"Bığ Nəriman" adlı biri də var idi. Bu yaxınlarda rəhmətə getdi. Onunla da tanış idim. "Qızıldiş Mamed" deyilən biri də var idi.
- Onları niyə “lotu” adlandırırdılar? Yaxşılıq edirdisə, "xeyirxah insan" deyərdilər, niyə məhz “lotu” deyirdilər?- İndi biri haqqında araşdırma edirəm. Adı Ağabala Babayevdir, ancaq “Doktor Ağoppa” deyə çağırırlar. O, əvvəllər qanuni oğru olub. Bir gün sanatoriyadan qayıdanda KQB-nin kapitanı ilə bir kupedə gəlib. O, Ağoppaya deyib ki, mən səni tanıyıram, yaxşı şeir yazırsan, dostlarının əksəriyyəti incəsənət xadimləridir. Bəs sən nə əcəb özünə “oğru” ləqəbi götürmüsən? O da cavabında deyib, kim qeyri-qanuni şəkildə özünə var-dövlət yığır, biz ondan alıb kasıblara paylayırıq.
Bir gecə Ağoppa köhnə “voenkomat”ın işçilərindən üç nəfərin evinə gedib. Təcili yardım qiyafəsində qapını döyüb və deyib ki, siz təcili yardım çağırmısız. İçəridən deyiblər ki, yox, çağırmamışıq. O da qayıdıb ki, o zaman bir qol çəkin ki, həqiqətən də, yardım çağırmamısız. Beləcə qapını açdırıb və evə soxulublar. Deyiblər ki, nəyin varsa, hamısını gətir. Sonra malları yarıya bölüb, yarısını götürüb qalanlarını da ev sahibinə qaytarıblar. Götürdüklərini də həbsxanaya qrev aparıb, müharibədən şikəst qayıdanlara, ataları cəbhəyə gedənlərin uşaqlarına paylayıblar. Ağoppa Elçinlə, Xəlil Rza Ulutürklə yaxın dost olub. Səttar Bəhlulzadənin 1972-ci ildə Moskvada keçiriləcək sərgisini maliyyələşdirib. Rəssama burda iki min manat pul veriblər. Ancaq sərgi üçün iyirmi min manata yaxın pul xərclənib. Bu xərcin hamısını Ağoppa qarşılayıb. Səttar rəhmətə gedəndə də onu yerdən Ağoppa götürüb. Çünki rəssamın heç kimi yox idi. O, futboldan ayrılandan sonra Anatoli Banişevskiyə də kömək edib. “Neftçi” hər oyun qalib gələndə Ağoppa futbolçuları bir yerə yığıb onlara qonaqlıq verib. Sonra görüb ki, futboldan gedəndən sonra Banişevskiyə xəstə vaxtlarında belə köhnə dostları yardım etmir. O da futbolçunu ömürlük himayəsinə götürüb.
“Lənkəranski o şəxslərə “əsl oğru” deyirdi”- “Lotu”ların siyasətlə bağlılığı nə dərəcədədir?- “Hakimiyyətə doğru yürüş” adlı bir kitab tərcümə etmişəm. Təxminən, 1992-93-cü illərdə Moskvada İrina Xakamada deyilən bir deputat var idi. O təklif etmişdi ki, iqtisadiyyatı buraxsınlar oğruların öhdəsinə və demişdi ki, onlar bu sahəni bir, uzağı iki ilə yüksək səviyyədə inkişaf etdirəcəklər. Sonra geri alarıq. Onlar da yaxşı bilirdilər ki, oğrular hansısa yollarla hər zaman inkişafa doğru gedirlər. Otari Kvantrişvili adlı bir nəfər var idi. Həmin dövrdə Rusiyada ən böyük kapital sahibi idi. Hətta Şevarnadze Gürcüstandan getmişdi onun yanına ki, ölkəmin vəziyyəti pisdir. Sənin milyardların var, heç olmasa, yarısını ver Gürcüstana. O da demişdi ki, bu dövləti zəhmətlimlə qazanmışam. Onun “Lev Yaşin” adına cəmiyyəti var idi. İdmana sərmayə yatırmışdı. Kazinoların ilk açılma təşəbbüsü də onun idi. Sonra onu güllələlədilər. Ancaq bilinmədi kim tərəfindən... Yəni siyasətə qarışmırlar. Ancaq danışanda görürsən ki, çox siyasətçidən məntiqli təhlil verirlər hadisələr haqqında. Onlardan səlis danışırlar. Amma hökumət işinə qarışmırlar. Hər şeydən məlumatları var. Məsələn, Lənkəranski internet vasitəsilə oğurluq edən şəxslərə (xakerlərə) böyük rəğbət bəsləyirdi. Deyirdi ki, onlar “əsl oğru” adına layiqdilər. Çünki “domuşnik”, yaxud “medvejatnik” gedir, haranısa yarıb ən çoxu bir-iki milyon qazanırıqsa, xakerlər oturduğu yerdə istədikləri qədər çırpışdıra bilirlər. Belələrini öz tərəfimizə çəkməliyik.
“Lotu Quli dedi ki, mənim üçün ədalət və həbsxana qanunları var”- Yəni dövlətin icazəsi olmadan onlar nəsə edə bilməz?- Yox, avtoritetlər deyir ki, biz siyasətə qarışmırıq. Məsələn, Lotu Quli məhkəmə prosesində dedi ki, siyasətə qarışmır. O, ancaq ədaləti və həbsxana qanunlarını müdafiə edir.
- Onun məhkəməsində iştirak etmisiniz?- Əvvəllər gedirdim. Sonra getmədim.
- Onunla münasibətiniz var?- Yox. Düzdür, haqqında qeydlərim var. Ancaq kitab yazmaq üçün razılığını almamışam. Onunla əlaqəm olmayıb, amma haqqında dərc olunan, çıxan bütün məlumatları toplayıram.
“Diktator Ağakərimdən Lənkəranskiyə qədər”- Haqqında kitab yazdığınız hər kəsin razılığını alırsınız?- Bəli. Məsələn, "Rövşən Lənkəranski" haqqında yazmaq üçün onun dayısı, bacısının oğlu, qohumları ilə görüşmüşəm. Oğlum xəstə olduğu üçün tez-tez İrana, dərman almağa gedirdim. Elə o vaxtdan onun haqqında lənkəranlılarla söhbətləşirdim.
- Lənkəranski bilirdi oğlunuz xəstədir?- Bilmirdi.
- Aha...- Hər gedəndə də mütləq Lənkəranda düşürdüm. Avtovağzalın yanında gözəl, açıq çayxana var. Çayxanadan zəng edirdilər ki, Bəhram Çələbi gəlib. Yarım saatın içində on-on beş kişi yığışırdı başıma. Onun haqqında hərə bir şey danışırdı. Lənkəranda elə bilirlər ki, Rövşən molladan, axunddan daha əməlisaleh biridir. Razılıqlarını almasaydım, onların kiminlə oturub-durduğunu, nələr etdiyini öyrənə bilməzdim.
- Rövşənin özü ilə görüşmüşdünüz?- Yox. Mən sağlığında ancaq bir dəfə Sabirabadlı Hikməti görmüşəm. "TT Nəriman"la tez-tez görüşmüşük. "Donbalan Tofiq" deyilən biri var. Bir gün onunla oturmuşduq. Tofiqə dedilər ki, Hikmət sizi çağırır. Çünki Tofiqin əlinə ekzema düşmüşdü, yara basmışdı. Hikmət də demişdi ki, həkim tutacam, pul da verəcəm, səni sağaltsınlar. Sonra özü gəldi. Görüşdü bizimlə. Məni də orda tanıdı. Mən onda “Avtoritet”də işləyirdim hələ. Qardaşı təzəcə rəhmətə getmişdi. Bizi oturtdu maşınına. Qardaşının “Malakan bağı”nın yanında restoranı var idi. Apardı bizi ora. Altı-yeddi nəfər idik. Yanımızda bir nəfər var idi. İsa Qəmbərin, Rəsul Quliyevin köməkçisi işləmişdi. Balaş Abbaszadə, pedoqoji elmlər doktoru. Hikmət danışanda Balaş müəllim heyranlıqla onu dinləyir, məftunluqla ona baxırdı. Çox gözəl təhlil qabliyyəti vardı Hikmətin.
- Ümumilikdə, kimlər haqqında kitab yazmısınız?- İlk kitabım "Diktator Ağakərim" haqqında idi. Sonra Hikmət, Cavanşir haqqında yazmışam. Lotu Bəxtiyar haqqında dörd kitabım çıxıb. “TT Nəriman", “Dağlı Cavanşir, “Mmlyuk Cəbrayıl, “Zina Passajskaya” ... Lənkəranskidən bəhs edən iki kitabım çıxıb. Hamısı sənədli-bədii kitablardır.
- Hazırda Azərbaycanda yaşayıb fəaliyyət göstərən lotu var?- İndi yoxdu. Ancaq bizdə "Dağlı Yunus", "Arif Sumqayıtski" deyirlər, amma əslində Şəkinskidir, Vaqif Süleymanov, Namiq Səlifov, "Dato Ağcabədinski", Əli Heydərov ( Albert Rıjiy), "Hacı Beyləqanski" - Talıbxanlı, Ülfət Tağıyev, Rafiq Eyvazov, Ceyhun Əskərov, "Yusif Şamxorski"... Amma başqa-başqa ölkələrdə yaşayırlar. Belə yeddi-səkkiz nəfər var. Özü də tanınmış oğrulardır. Bir-iki günlük kiminsə tanışlığı vasitəsilə gəlirlər, ancaq tez-bazar qayıdırlar. Məsələn, heç vaxt deməzdilər ki, Lənkəranski Azərbaycanda olub. Ancaq o, hər bayramda, heç olmasa, iki-üç günlük gəlirdi. Hər Qurban bayramında yeddi qoyun kəsdirirdi. Mən onun haqqında ilk kitabımı cəmi yeddi günə yazmışam. Lənkəranskinin qırxında kitab artıq hazır idi. "Böyük qardaş Lənkəranski” adlı ikinci kitabım isə ötən ilin avqustunda çap olunub.
“Həbsxanada 17 otağı, çöldə 17 inəyi var idi”- Lotuların sosial şəbəkələrdən istifadə etməsi oğru qanunlarına zidd deyil? Məsələn, "Lotu Quli" instaqramdan aktiv istifadə edir.- Həbsxanada adi cib telefonundan istifadə etməyə belə icazə verilmir. Ancaq onlar vatsap işlədirlər. İnternetdən istifadə edirlər. Hətta “sxodka” zamanı onlayn şəkildə söhbətə qoşulurlar. "Əziz Butulkin" deyilən biri var. İndi "Lotu Quli" ilə ən qatı düşmən sayılır. Əziz məhbəsdə oturanda həbsxananın sahəsində 17 inəyi, onlarla keçisi var idi. Həbsxanada bir neçə otağı var idi. İndi keçmiş ittifaq ərazisində yerləşən meqapolislərdə nə ki bazar var, hamısına nəzarət üstündə Quli ilə mübariz aparır. Əziz istəyirdi ki, Lənkəranskidən qalan bazarların hamısını öz nəzarəti altına alsın.
- Bəs o bazarların taleyi necə oldu? Kim ələ keçirdi?- Hələ ki, heç kim. Çoxuna Lotu Qulinin adamları nəzarət edir. Bir neçəsinə Zaur adlı biri baxır. Qulinin “podelnik”i Vaqif Süleymanov da bir hissəsinə nəzarət edir. Ümumiyyətlə, onun adamları çoxdur. Moskvada problem çıxanda bir saata altı yüz adam yığılır razborkaya getmək üçün.
- Yazılarınıza görə kimsə sizə göstəriş veribmi? Ya yaxşılığına, ya pisliyinə danışanda irad tutublar?- "Lotu Hikmət"lə oturanda dedim ki, Hikmət, icazə verin sizin haqqınızda yazı yazım. Elə insanlar var ki, onlara sağlıqlarında heykəl qoyulur. Əlini qulağının ucuna aparıb dedi ki, nə badə. Mən öləndən sonra yazarsan.
Bir də görürsüz hardasa yazıldı ki, “sxodka”da belə bir şey deyildi. Bu, heç vaxt ola bilməz. "KQB" belə onların söhbətinə daxil ola bilməz.
“Elə o qışqırıq göstərir ki...”-
Sizi incidiblər nə vaxtsa?- İncitməyiblər. Ancaq çağırıblar. Biz də dedik ki, siyasətə qarışmırıq. Ancaq həbsxana həyatından yazırıq. Moskvada 30-a yaxın bu sahədə yazan jurnalist var. Bu mövzu haqqında minlərlə kitab yazılıb. Elə götürək keçən əsrin ən məşhur əsərlərindən biri olan “Xaç atası”nı. Həm əsər, həm film o dövrdə ən populyar işlərdən biri idi. O demək deyil ki, “Xaç atası” ilə insanlara yeraltı dünyanı təbliğ edirlər. Filmin sonunda qızı güllələnərkən xaç atasının dəhşətli qışqırığı var, o qışqırıq elə göstərir ki, bu adamların həyatı nə deməkdir.
- Bəs bu həyatı niyə seçirlər?- Onların hamısı bilir ki, bu aləmdə ömür az olur. Bəxtiyar otuz doqquz, Cavanşir iyirmi yeddi yaş yaşayıb. Ən çox yaşaya bilən qırx, əlli yaşını görür. Ancaq bunu bilərək girirlər bu dünyaya.
- Onların şəxsi maraqları var bu dünyaya addım atmaqda?- Tutaq ki, şəxsi maraqları üçün milyonlarla pul qazanırlar. Əgər o, insanlarla normal ünsiyyət qura bilmirsə, çöldə rahat şəkildə gəzə bilmirsə, istədiyi yerə gedə bilmirsə, nəyinə lazımdır milyonlar? Əvvəl belə idi ki, avtoritetlər “həbsxana qardaşlığı”na kömək üçün bu adı götürürdülər. Oğrular əvvəl cibgirlikdən başlayıblar. Günə yüz manat qazanıblarsa, onun yarısını həbsxanaya göndəriblər. Lap əvvəllər oğru adı ancaq cibgirlərə verilirdi. Sonradan adam öldürənlərə də icazə verildi ki, "qanuni oğru" adını götürsünlər.
-
Lənkəranski həqiqətən öldü?- Əlbəttə.
- Bəs niyə bu qədər şübhəli qaldı onun ölümü?- Allahaşükür Paşazadə özü gəlmişdi dəfn mərasiminə. Onlarla “AA” nişanlı avtomobillər var idi. Kim olduqlarını bilmədim. Çünki iki yüz əlli nəfərlik çadır vardı iki yerdə.
- Xarici ölkələrdən avtoritetlər gəlmişdi?- Gürcülər, çeçenlər gəlmişdi. Hətta Moskvadan qadınlar da gəlmişdi. Qırx mərasimində gördüm onları. Onda bir çeçen gəlmişdi. Lənkəranskinin sərvətinə əsas namizəd o sayılırdı.
- Lənkəranskinin ölüm anında da kifayət qədər müəmma var...- Lənkəranskinin həmişə getdiyi hotellərdən birində olub. Səkkiz-on nəfər yığışıb müzakirə aparıblar. Sonra Rövşən, sürücüsü və başqa iki nəfər Lənkəranskinin maşınına oturub. "Hacı Beyləqanski" və başqa dörd nəfər də ikinci maşında olub. Cangüdənləri yanında olub. Ancaq görüblər ki, atışma var, killerlər tezliklə qaçıblar. Az sonra gəlib Lənkəranskinin cangüdənlərini tutublar.
Hadisənin səhəri günü Lənkəranski zirehli avtomobil almalı imiş. Düşmənləri də bundan xəbər tutub və biliblər ki, zirehli avtomobil alsa, onu öldürmək müşkül olacaq. Ona görə bir gün öncə sui-qəsdi həyata keçiriblər. Lənkərasnki özü də ehtiyatsızlıq edib. Bilirmiş ki, onu güdürlər. Ancaq həmişə getdiyi hotelə gedib.
-
Oğru dünyası niyə bu qədər sevilir?- (Şirin bir Şəki ləhçəsi ilə) Sevilir?..
- Əlbəttə... Elə Lənkəranda kimin yanında Rövşənin adını çəksəniz, hörmətlə qarşılayar.- Xalq elə bilir ki, qanuni oğrular varlıdan götürüb kasıba paylayır. Ona görə də rəğbət bəsləyir. Yoxsa Rövşənin nəyinə lazımdır. Üç övladı, kifayət qədər də pulu var idi. İstəsəydi, deyərdi ki, mənə lazım deyil belə həyat.
- Olubmu ki, kimsə istədiyi vaxt imtina edib bu həyatdan?- Mümkün deyil. O yükü götürdünsə, ya gərək ağır xəstə olasan, xəstəliyi də həkimin veriyi arayışla deyil, özləri yoxlayırlar. Ya da “sxodka”da cavab verəsən ki, başqa heç bir səbəb qəbul edilmir.
- Məsələn, "Lotu Quli"nin varlığı Azərbaycan üçün nəyi ifadə edir?- Lənkəranski öləndə Moskva klanı istədi ki, onun bütün bazaralarını ələ keçirsinlər. Keçirdilər də. Bazarlarda azərbaycanlıları sıxışdırmağa başladılar. Lənkəranskinin yeddisində Moskvadan gələnlər var idi. Onlar deyirdi ki, artıq bizi qovurlar buradan. Qazandığımızın əlli faizini onlara verməyimizi tələb edirlər. Sonra Quli o prosesi dayandırdı.
“Qulinin dəstəsinin otuz faizi ermənilərdən ibarət idi”- Maraqlısı bilirsiniz nədir. Deyirsiniz, ləzgi, çeçen klanı kifayət qədər güclüdür. Bəs nə yaxşı azərbaycanlı avtoritetlər Rusiyada özlərinə kök sala bilirlər?- Məsələn, Lənkəranskinin dəstəsində bir nəfər də olsun erməni yox idi. Amma Qulinin dəstəsində xeyli erməni avtoritetlər var. Düzdür, oğru dünyasında milliyyət ayrıseçkiliyi deyilən bir şey yoxdur. Ancaq Lənkəranski buna xüsusi fikir verirdi. 1998-ci ildə "Lotu Bəxtiyar" öləndə ermənilərlə bizim aramızdakı konflikt kifayət qədər dərin idi. Ancaq onun yasına ermənilər də gəlmişdi.
- Bəs Lənkəranski niyə erməni götürmürdü dəstəsinə?- Xoşu gəlmirdi ermənilərdən. Atası qətlə yetirilən 92-ci ildə Xocalı qətliamı baş vermişdi və bu faciə onun qəlbində üzdəniraq qonşularımıza qarşı sonsuz nifrət yaratmışdı.
- Belə başa düşdük ki, Azərbaycan üçün ən böyük işləri Lənkəranski görüb.- Mənm fikrimcə, "Lotu Hikmət"dən sonra. Hikmətin kecmiş ittifaqda və xaricdə cox böyük nüfuzu vardı. Hikmət üç dil bilirdi: fransız, ingilis, rus. Bəxtiyar isə Azərbaycanda daha populyardı. Ona görə də Azərbaycanın dünya miqyasında ən məşhur avtoriteti Hikmətdir. Sonra Bəxtiyar və Lənkəranski. Hazırda "Quli Bakinski"ni keçmiş ittifqda, İtaliya və Yunanıstanda bir nömrəli "zakonnik" sayırlar.
- Quli hələ ki, o siyahıda yoxdu?- Hazırda Quli Azərbaycandan kənarda bazarlarda çörəkpulu qazanan insanların dayağı, hamisidir.
- Oğru qanunlarına əməl etməyənləri və ya xəyanət edənləri necə cəzalandırırlar?- Müxtəlif yollarla. Elə cür təşkil edirlər ki, guya siqaret çəkən yerdə köynəyinə od düşüb yanıb. Özü də sərxoş olub deyə yanaraq ölüb. Eləsi var, yalandan avtomobil qəzasında ölüb. Amma eləsi var ki, onların məsələsi “sxodka”da müzakirə edilir. Orda cavab verməli olur. Əgər özünü təmizə çıxara bilirsə, heç nə. Günahı varsa, elə oradaca səsvermə yolu ilə taleyinə qərar verilir. Özü də “sxodka”da oturanların hamısı hakimdir. Hamısının da səsi eyni səviyyədədir. Əvvəllər belə olub: ölüm cəzasına məhkum ediləni kim oğru dünyasına namizədliyini irəli sürübsə, o da öldürməli idi.
"TT Nəriman" birini danışmışdı mənə. Sibirdə biri ölüm cəzasına məhkum edilir. Onu oğru kimi tanıtdırana da deyilir ki, onu sən öldürməlisən. O da deyib ki, mən onu öldürəcəm, sonra da özümü güllələyəcəm, cünki o mənim dostumdur və mən əminəm ki, "sxodka"nın yenidən hadisələri araşdirması həqiqəti üzə çıxaracaq. Sonra avtoritetlər fikirləşib yeni bir “sxodka” edir və həmin adamı təmizə çıxarırlar.
“Təbriz öləndə Ağoppa Xəlil Rzaya zəng eləmədi”- Avtoritetlərlə bağlı ən yadda qalan xatirəniz varmı?- Bayaq dediyim "Doktor Ağoppa"nın iki rübai kitabı çıxıb. Xəlil Rza Ulutürkün oğlu şəhid olanda birinci Ağoppaya zəng edib deyiblər ki, sən Xəlilin yaxın dostusan, Təbriz şəhid olub, bu xəbəri ona sən çatdır. O da boyun olmayıb. Deyib ki, hökumət adamlarına deyin, onlar çatdırsın. Ağoppa Qarabağ müharibəsində cəbhəyə yardım edənlərdən olub.
İsgəndər Həmidovla Ziya Bünyadov gedib həbsxanaya. Soraq ediblər ki, kim Qarabağa getmək istəyirsə, onları azad edirik. Gedib bir həftə evlərində qalıb sonra cəbhəyə yola düşsünlər cəbhəyə. Səkkiz yüz nəfər belə adam toplayıb göndəriblər. Ancaq onların yarısı elə cəbhədəki ilk həftədəcə həlak olublar. Müharibə anlayışı, təcrübəsi olmayan adamlar olub. "Doktor Ağoppa" da 1992-93-cü illərdə hər həftə cəbhəyə yardım edib. "Dağlı Cavanşir" də həmçinin. Xocalı soyqırımı vaxtı Cavanşir Ağdamda olubmuş. Orada dostlarına siqaret, kolbasa, çay kimi şeylər aparıbmış.
- O vaxtdan bəri nələr dəyişib oğru aləmində?- Çox şey dəyişməyib. O vaxt oğrunun “obşak”ında (xəzinəsində) iki yüz manat olubsa, indiki oğruların bank hesablarında iki yüz, üç yüz milyon pulları var. İndiki oğrular mafiyalaşıblar. “Xaç atası”ndakı kimi.
“Həbsxana, ət, qadın, geyim, azadlıq”- Avtoritetlərin qadınlarla, xüsusilə, üzdə olan qadınlarla yaxın münasibət qurmalarının səbəbi nədir?- "TT Nəriman" deyirdi ki, həbsxana həyatında bir ət üzünə həsrət qalırsan, bir qadın, bir də geyim. Həbsxanadan buraxılan kimi çalışırlar ki, bu üç şeyin dadını çıxarsınlar. O deyirdi, mən ömrümün yarısını, qollarımın ikisini verərdim ki, heç olmasa, bir övladım olsun.
“Zalatoy mujik” kitabımda "Qurd Cəbrayıl"dan bəhs etmişəm. O, heç vaxt evlənməyib. Ömrünün axırına az qalanda bir qadınla ailə qurub. Sonra valideynləri olmayan bir qızı övladlığa götürüblər. Baxmayaraq ki, öz qızı deyildi, amma deyirdi ki, mən onunla nəfəs alıram.
Avtoritetlərin həbsxanadan çıxandan sonra peşəsi məclis-məclis gəzmək olub. “Rusiya Mafiyasının Liderləri” kitabımda isə "Yaponçik"dən bəhs etmişəm. O bilməyib ki, necə sakit həyat yaşasın. Həbsxanadan çıxan kimi hərə bir məclisə dartıb. Onlar üçün əsas azadlığı hiss etməkdir.
“Lənkəranski iki cür mahnıya qulaq asarmış”- Bir az da öz tanıdığınız Lənkəranskidən danışın.- Onun toyunda iştirak edən bir nəfər danışırdı ki, Lənkəranski öz toyunda spirtli içki qoymayıb süfrəyə. Ancaq meyvə şirələri. Musiqi də ki, ancaq meyxanaçılar olub. Onlar da hamı dağılışandan sonra gəncləri əyləndirmək üçün gəliblər. Rövşən dinə bağlı adam olub. İkinci kitabımda yazmışam. Rövşənin telefonunda iki cür mahnı olub. Bir ilahi mahnılar, bir də ana haqqında. İstirahət edəndə ancaq ana haqqında olan mahnılara qulaq asarmış.
- Anası nələr danışdı sizə?- Cəmi bir dəfə görmüşəm onu. Beş-altı müxbir var idi görüşdə. Həyətlərinə girən kimi bir limon ağacı var idi. Anası dedi ki, bu limonu Rövşən dibçəkdə əkib. Bir az böyüyəndən sonra mən də həyətdə əkdim. Hər səhər onu Rövşən yerinə sığallayıb, qucaqlayıram...
- Cənazəsini görümüsüz Rövşənin?- Biz görmədik. Amma yeddisində axunddan soruşduq ki, Rövşənin ölmədiyi haqda şayiə gəzir. Dedi ki, o sözü deyən Allah adamı deyil. Anası da görüb cənazəsini. Qardaşı deyib ki, mən baxa bilmərəm. Axund deyir ki, meyitə baxmamış ona cənazə namazı qılmırlar. Allahaşükür Paşazadə gəlibsə ora, deməli, həqiqətən, ölüb. On min insan gəlmişdi Rövşənin dəfninə.
- Düşmənləri avtoritetlərin ailələrini təhdid edirlər?- Yox. Heç birinin ailə ilə işi yoxdur. Onların qalan övladlarına aylıq təqaüd təyin edirlər. Məsələn, on beş min dollar. On altı yaşına çatana qədər o təqaüd hər ay ödənilməlidir. Oğru dünyasında ailəyə toxunmaq kimi bir şey yoxdur.
- Lənkəranski silah alveri və ya narkotik satışı ilə məşğul olurdu?- Onun əsas gəliri göyərti bazarlarından olub. Göyərtidən milyonlar qazanıb. Moskvada bir nəfər danışırdı ki, onun ayaqda qalmağına Lənkəranski kömək edib. Torpaq alıb onun üçün. Toxum da, gübrə də verib. Deyib ki, əkərsən bitər lap yaxşı, bitməz də, heç nə. Sonra başlayıb göyərti biznesinə və Lənkəranskinin adamlarına satıb. Sonra bazara gedib görüb ki, bunun satdığı göyərti dəstələrini bazarda üç yerə bölüb satırlar. Həm də ikiqat qiymətinə.
- Bəs Lənkəranın “göyərtisi”ndən satırdılar?- Baxmayaraq ki, Lənkəran zonası narkotiklə məşhurlaşıb. Amma Lənkəranski məşğul olmayıb o işlə. Qulinin özü də xəbərdarlıq göndərmişdi ki, həbsxanalarda narkotikdən istifadə etmək olmaz.
- Bu danışılan hər şey konkret faktlar əsasındadır, ya elə danışılan, ağızdan-ağıza keçənlərdir?- Mən bunları kitablarımda qeyd etmişəm. Lənkəranskinin anası Zaur Baxşəliyevin verilişindəki ehtiyacı olan şəxslərə dəfələrlə köməklik göstərib. Deyilənə görə, hətta Xoşqədəm Baxşəliyevaya on min dollar göndərib ki, ehtiyacı olanlar yararlansın. Ancaq heç vaxt adını, kim olduğunu açıqlamayıb. Lənkəranski təkcə öz rayonunda yox, haradan ona müraciət olunmuşdusa, onlara yardım edib həmişə.
Rövşənin Tofiq adlı bir yaxını var idi. Atasının dostu olmuşdu. Atası ona o qədər yaxşı olub ki, Tofiq həmişə Rövşəni əlinin üstündə saxlayıb. Özü də deyib, Rövşən o qədər utancaq, səmimi uşaqdır ki, lap qız kimi xasiyyəti var. Rövşən atasının qatilini məhkəmədə vuran günü Tofiqin anası oğluna deyib ki, bu gün məhkəmə olmalıdır. Rövşənə yalandan de ki, mənim maşınım xarabdır, məni sən apar Bakıya. O da kolleqaya gəlməli imiş. Səhər tezdən yola çıxıb, gəliblər Bakıya. Prezident aparatında Rövşən düşürüb onu. Soruşub ki, saat neçədə gəlib götürüm səni. Tofiq müəllim deyib ki, saat ikidə iclas bitəcək, onda gələrsən. Qapıçı da Rövşəni tanıyırmış. Saat üçün yarısı iclasdan çıxıb soruşub ki, bəs Rövşən onun dalınca gəlibmi. Qapıçı da deyib ki, sən nə danışırsan, Rövşən Astarada məhkmədə adam öldürüb. Deməli, Rövşən Tofiqi Bakıya qoyan kimi qaçıb Astaraya. Tofiq də “Azneft”dən taksi tutub gedib Lənkərana. Onlar hələ Astarada olub. Soruşub ki, Rövşən hardadır. Deyiblər milis rəisinin yanında. Milis rəisi də Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev olub. Gedib girib içəri. Görüb otaqda altı-yeddi nəfər var. Rövşən də oturub kənarda. Deyir, mən içəri girən kimi Rövşən durdu ayağa. Dedi ki, “sən Allah, Tofiq əmi, bağışla, səni də aldatdım”...
Zümrüd Kərimova,Foto: Könül Cəfərli