Azərbaycanda nişanlısının yaşını öyrənən qız evdən qaçdı VİDEO

13-05-2018, 20:03   


Sabirabadda 16 yaşlı qız evdən qaçıb və hələ də ondan bir xəbər yoxdur. “Xəzər TV”nin verdiyi xəbərə görə, hadisə rayonun Qalağayın kəndində baş verib. Qızın anası Fərəh Ruhullayeva bildirir ki, 16 yaşlı Əfruzə Zeynalova əmisigilə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Anasının sözlərinə görə, Əfruzə öz razılığı ilə nişanlanıb.

Əvvəlcə ona deyiblər ki, nişanlısının 25 yaşı var. Amma o, nişanlısının ad günündə tortun üzərindəki 29 rəqəmini gördükdə həqiqəti bilib və həmin şəxslə münasibətlərə son qoymaq qərarına gəlib. Anası onu fikrindən daşındırmaq istəsə də, buna nail ola bilməyib. Evdə aralarında soyuqluq da məhz bu məsələdən sonra yaranıb. Fərəh Ruhullayeva qızının ən qısa zamanda evə qayıtmasını istəyir.

Qeyd edək ki, 16 yaşlı Əfruzə Zeynalova Sabirabadın Qalağayın 1 saylı orta məktəbin 10-cu sinif şagirdidir. Ailə, qızın tapılması üçün polisə müraciət edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.