Yusif əş-Şeyx
“Al-Ahed News” (Livan)
İşğal edilmiş Holandakı ön mövqelərə yönəlmiş raket zərbələri bölgənin şimalında sionist kəşfiyyatın hazırlığını pozub. Məhv edilən hədəflərin çoxunun yüksək həssaslığı var. Axı sionist kəşfiyyatın potensialını və təhlükəsizlik sahəsində qərar alan hərbçilərin və şəxslərin inamını bunlar formalaşdırır.
Bu hədəflər:
1) idarəetmə və nəzarət;
2) texniki tərkib, informasiya savaşı və insan resursları haqda məlumat toplamaq;
3) strateji müşahidə;
4) əməliyyat xarakterli məlumatın təhlili və sistemləşdirilməsilə bağlıdır.
“9900 bölməsi” düşmənin ordusunda ən önəmli hərbi-texniki vahidlərdən biri sayılır. Sionist ekspertlər ondan şişirtməyə yaxın qürurla danışırlar. Bu, məxfi bölmə strateji xarakterli məxfi məlumat toplamaqla məşğuldur. “9900 bölməsi” “8200 bölməsi”ndən (“AMAN” hərbi kəşfiyyatına daxil olan radioelektron kəşfiyyat qurumu. Dünyada bu cür ən böyük bölmə hesab olunur-red.) az əhəmiyyət daşımır və sionist kəşfiyyatın tacında əsas qiymətli daş sayılır.
“9900 bölməsi”ni yaratmaqda məqsəd
80-ci illərdə sionist kosmik proqramı start götürəndə və ilk sputniklər buraxılanda uyğun qurumlar kosmik aparatlar üçün müəyyən məqsədlər qoyub. Bu, kommunikasiya və casusluqla bağlıdır. Sputniklərin buraxılmasından bir neçə il sonra casusluq vəzifəsinin icrası “Aman” hərbi kəşfiyyat idarəsinə tapşırılıb.
1997-də kosmik proqramın birinci mərhələsi bitərkən, “9900 bölməsi” yaradılıb. Ərəb ölkələrini və sionist dövlətin çevrəsindəki qaynar bölgələri müşahidə onun vəzifəsinə aid idi.
Bölmə İsrailin “Aman” kəşfiyyat qurumuna daxildir və “coğrafiya” və “təsvir” istiqamətində çalışır. Bölmənin işçiləri son bir neçə ildə KİV-lərin nəzərindən kənarda qalıb. Bu gün onun fəaliyyəti və iş üsullarının yalnız az qismi məlumdur. Bu bölmə məlumat toplamaq və informasiya texnologiyaları sahəsində çalışanlar üçün nəzərdə tutulub. O, “mikrokosm” deyilən struktura bənzəyir.
Bu məxfi bölmənin yaradılma hədəfi bölgədə istənilən dövlətin hərbi obyektlərinin və yaxud orduların istənilən qəribə yerdəyişməsinin şəklini çəkmək üçün sputniklərdən yararlanmaqdan ibarət idi. Bundan savayı, bölmə müqavimət qüvvələrinin yolla irəliləməsini izləyir və məlumatları gerçək zamanda monitorlara ötürür. İnformasiya qeydə alınır və sionistlərin qəraragahının başçılarına çatdırılır.
Bölmə ictimai informasiyaya əlavə kimi məlumatın, təsvirin, xəritələrin təhlili, görüntünün İsrail hərbçilərinə və səhra qüvvələrinə ötürülməsi üçün kəşfiyyatın və təhlükəsizlik qurumlarında dəyərləndirməsinə, sputnik, kəşfiyyat təyyarələri və ötürücülər, müxtəlif qaynaqlardan görüntülü məlumat toplamağa maraq göstərir.
Bölmənin əsas funksiyaları
1. Bölmə ərəb ordularının hərbi zonalarının və onların keçirdiyi təlimlərin son fotoşəkillərini təqdim edir. Bu ərəb ordu hissələrində baş verən hər şey haqda informasiya müdafiə naziri, qərargah rəisi və kəşfiyyat başçısının dəftərxanasına daxil olur.
2. İranın nüvə qurğularına fasiləsiz, günboyu və son dərəcə dəqiq nəzarət.
3. Bölgədə sionist dövlətinə düşmən müqavimət orduları və dəstələrinin yerdəyişməsinin monitorinqi; sionist ordusu rəhbərliyinin istənilən məlumatla və maraq doğuran sahələrdəki hadisələr haqda informasiya ilə təminatı.
4. Hədəflərin gerçək zaman rejimində coğrafi və gün ərzində yerdəyişmələrinin izlənməsi.
Bölmənin şöbələri
“9900 bölməsi” bir neçə texniki və coğrafi bölmədən ibarətdir:
1. İnformasiya mərkəzi məlumatın, o cümlədən nəqliyyat şəbəkələrinin analizi üzrə iş daxil olmaqla tam mənzərə üçün səhra məlumatının yığılması və təhlükənin xarakterinin dərki üçün toplanışı və təhlilində ixtisaslaşır. Məsələn, analitik şöbə aerofotoşəkillər vasitəsilə silah növlərini necə eyniləşdirməyi bilir. İncələnən məlumat kosmik zondlar, yerüstü müşahidə məntəqələri və hava gəmilərindəki daxili ötürücü antennalar, pilotsuz uçuş aparatları və CİS (coğrafi informasiya sistemi-red.) vasitəsilə ötürülür. Lakin məlumatların böyük bölümünü ictimai məlumatların öyrənilməsi və təhlili yoluyla əldə edirlər.
2. Xəritələşdirmə və məlumatın təhlili şöbəsi əməliyyat prosesləri xəritəsinin yaradılması və sionist ordunun başqa tələbatlarının ödənilməsində ixtisaslaşır.
3. Sputnik şöbəsi süni casus sputniklərə cavabdehdir. Bu sputniklərin bütün imkanları və funksiyaları atəş açıldığı və ya raketin buraxıldığı andan gerçək zamanda məlumat tələb olunan şöbələrdə istifadə olunur. Coğrafi bölgü sıradakı kimi görünür:
1. Suriyaya nəzarət qrupu;
2. İrana nəzarət qrupu;
3. Qəzzaya nəzarət qrupu;
4. İordaniyaya nəzarət qrupu;
5. Misir və Sinaya nəzarət qrupu;
6. Bütün Yaxın Şərqə nəzarət üçün ümumi qrup.
Tərcümə Strateq.az-ındır