İsmayıllı rayon Kürdmaşı kənd sakini Rüfət Ağayev Prezident İlham Əliyevə və Daxili İşlər naziri Ramil Usubova müraciət edib. O, müraciətin bir surətini də anaxeber.info saytının redaksiyasına ünvanlayıb. Rüfət Ağayevin şikayəti İsmayıllı Rayon Polis Şöbəsinin müstəntiqi Rasim Məmmədov barədədir. Şikayətçi yazır ki, 2017-ci ilə dekabr ayının 28-də Elgin və İliad adlı həmkəndliləri tərəfindən döyülüb. Nəticədə burnu sınıb, başı isə zədələnib. O hadisə ilə bağlı İsmayıllı Rayon Şöbəsinə müraciət edib. “Lakin müstəntiq işi ört-basdır edir. Cinayət işi müvafiq maddə ilə başlanmayıb, məni döyərək xəsarət yetirənlər hələ də azadlıqdadır. Çoxsaylı şikayətlərimdən sonra mənə rəsmi şəkildə cavab göndəriblər hadisəni törədənləri tapa bilmirlər”.Şikayətçinin sözlərinə görə, polisin hadisəni törədənləri tapa bilməməsi sadəcə bəhanədir. “Məni döyənlər heç yerə qaçmayıb. Onları hər gün görürəm. Sadəcə müstənti bu şəxsləri himayə edir”.Rüfət Ağayevin iddiasına görə, müstəntiqin onu döyənləri himayı etməsinin səbəbi var. Şikayətçi bildirir ki, bu onlar arasındankı anlaşmadan irəli gəlir. “Məndə olan məlumata görə, bu şəxslər işin ört-basdır edilməsi üçün müstəntiqlə anlaşıblar. Ona görə də kənddə arayınlıqla gəzirlər. Gizlənmirlər və mənim onları görməyimdən də narahat deyillər. Çünki əmindirlər ki, məsuliyyətə cəlb olunmayacaqlar”,- deyə müraciət müəllifi yazır.Şikayətçi sonda Prezident və Daxili İşlər nazirindən məsələni diqqətdə saxlamalarını və işin obyektiv araşdırılaraq hadisəni törədənlərin məsuliyyətə cəlb olunmasını təmin etmələrini xahiş edir.anaxeber.info