Cənab nazir, Qubada “meşə soyqırımı”- FOTOFAKT

21-06-2018, 12:03   
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda meşələrin qorunduğunu iddia etsə də, Qubada baş verənlər bunun əksini göstərir. anaxeber.info saytı xəbər verir ki, son günlər Qubada meşələrin məhv edilməsi ilə bağlı məlumatlar yayılır. Sosial şəbəkələrdə yayılan məlumatların əsassız olmadığı paylaşılan fotofaktlardan da görünür. Fotolardan aydın sezilir ki, Quba meşələrində uzun illərin ağaclarını qırırlar.
Məlumatda bildirilir ki, yerli rəhbərliyin də baş verənlərdən xəbəri var. Lakin hansısa heç bir tədbir görülmür. İddialara görə, meşələrin qırılmasına biganə yanaşılması işin arxasında məmurların dayanması ilə bağlıdır. Bu məsələdə xüsusilə Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qulu adlə şəxsin adı hallandırılır. Bildirilir ki, bu şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə daxil olan şəxslərə yaxın olduğunu deyir. Bu baxımdan da onun qanunsuz əməllərinə göz yumulur. Adıçəkilən şəxsin xüsusilə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin adını hallandırır. Əslində onun Firdovsi Əliyevlə hər hansı yaxınlığının olmadığı barədə məlumatlar var. Sadəcə şöbə müdiri nazir müavininin adından məharətlə istifadə edərək Quba meşələrində ağacların qırılmasını pərdələməyə çalışır.
Bildirilir ki, artıq rayonda bu məsələ ilə bağlı ciddi narahatlıq var. Və meşələrin qırılmasına  biganə qala bilməyənlər baş verənlərlə bağlı yuxarı instansiyalara müraciət hazırlayırlar.
anaxeber.info xatırladır ki, bir neçə il əvvəl oxşar problemlə əlaqədar bir neçə rayonun meşə mühafizəsi və bərpası idarələrinin rəhbərləri cəzalandırılmışdı. Ümid edirik ki, nazirlik Qubada baş verənlərə də biganə qalmayacaq.
anaxeber.info
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.