Lerik rayonunun Biləvər kənd sakini Azadov İdrət Şəvəqqət oğlu məmur özbaşınalığından şikayətçidir.
O bununla bağlı ölkə başçısı İlham Əliyevə, Birinci-vitse prezident Mehriban Əliyevaya, səhiyyə naziri Oqtay Şirəliyeva və müdafiə naziri Zakir Həsənova müraciət edib.
İ. Azadov anaxeber.info-a göndərdiyi müraciətin mediada işıqlandırılması ilə üzləşdiyi problemin həll olacağına ümid edir:
"Oğlum 1996-cı il təvəllüdlü Azadlı İltimas İdrət oğlu 09.10.2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən orduya çağırılmış, təmas xəttində yerləşənN saylı hərbi hissədə xidmətdə ikən 03.09.2015-ci il tarixdə döyüş tapşırığını yerinə yetirəndə düşmən tərəfindən atılan bel nahiyəsinin böyrək zədələnməsi ilə nəticələnən güllə yarası almışdır. Nəticədə Ağdamın Sarıcalı Hərbi Qospitalında müalicə olunmuşdur. Hərbi Həkim Komissiyasının Qərarı ilə “Sol bel nahiyyəsinin dəlib keçən odlu silah yaralanmasından sonrakı bərkimiş dəri çapığı ilə “Hərbi Travmadır, Azəbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuşdur. Hazırda oğlum aldığı yaradan əziyyət çəkir, böyrəyi onu incidir".
Lerik sakini deyir ki, rayon həkim komisiyasının sədri, Lerik Rayon Mərkəzi Xəstəxnasının baş həkimi Mübariz Ağayev və şöbə müdiri Rəfael Ağayev ondan rüşvət tələb edib: "Bu barədə yardım üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna müraciət etmişəm, lakin onların tövsiyəsi ilə Lerik rayonunun Tibbi Hərbi Komissiyasının sədri Mübariz Ağayeva müraciətim cavabsız qalmışdır. O, oğlum Azadlı İltimasa heç bir yardım göstərməmiş və mənim müraciətimi rədd etmişdir. Mən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə bir daha bildirirəm ki, Mübariz Ağayev səlahiyyəti müddətində bəzi mənfi işlərlə məşğul olaraq neçə çağırış yaşlı gəncləri ordudan yayındırmaqla məşğul olmuşdur. Lakin mənim imkanlarım məhdud olduğundan oğluma lazımi yardım edilmir".
Vətəndaş bildirib ki, indiyə qədər yazmadığı qurum, döymədiyi qapı qalmayıb, ancaq problemi həll olunmayb: "Xahiş edirəm ki, mənim haqq səsimi mətbuat səhifələrində işıqlandırasınız və əlaqədar təşkilatlara çatdırasınız. Onsuz da şikayətlərimə Lerikdə əhəmiyyət verən yoxdur, bəlkə, ölkə rəhbərliyi ordunun əsgəri olmuş bir gəncin taleyi ilə bağlı əncam çəkdi".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
anaxeber.info