Tovuzda 14 yaşlı məktəbli intihar edib.
APA-nın qəbr bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Criminal.az saytı məktəblinin özünü öldürməsinin ilkin səbəbini öyrənib. Tovuz rayon İcra Hakimiyyətinin Əlimərdanlı kəndi üzrə icra nümayəndəsi Süleyman Muradov saytımıza açıqlamasında bildirdi ki, intihar edən H.Yusifov orta məktəbin 9-cu sinif şagirdi idi. Valideynlərinin bildirdiyinə görə, son zamanlar internetdə yayılmış ''Mavi balina'' oyunu oynayırmış. Dünən telefonda həmin oyunu oynayandan sonra evdə özünü asıb.
Xatırladaq ki, "Mavi Balina" bir çox ölkələrdə oynanıldığı iddia olunan internet oyunudur. İddialara görə, oyun 50 təlimatdan ibarətdir və son təlimatda oyunçudan intihar etməsi istənilir. Oyunun xarakteri gəncləri cəlb etmək, onlara yüngül işlər tapşırıb, sonda intihara sövq eləməkdir.