Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub.Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 19:45- də, Qaladan 134 km şərqdə Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ baş verib.
Yeraltı təkanların ocağı 60 km dərinlikdə yerləşib, zəlzələ hiss edilməyib.