ÖLDÜKDƏN SONRA BEYİNDƏ NƏLƏR OLUR?

29-06-2018, 10:12   


  • /

ÖLDÜKDƏN SONRA BEYİNDƏ NƏLƏR OLUR?


 


Ölüm, hər zaman qorxduğumuz, düşüncəsi belə ürəyimizi əsdirən bir gerçəkdir. Sevdiklərimizin bizi tərk edəcəyi düşüncəsi, əzizlərimizi itirmək qorxusu boğazımızda düyünlər yaradır, bütün planlarımızın mənasız, boş olduğunu bizə xatırladır. Belə məqamlarda Ölüm haqda çoxsaylı suallar beynimizi yorur.

Bəs, biz ölümlə bağlı nə bilirik? Ölməzdən əvvəl vücudumuz ölümə necə hazırlaşır? Öləndən sonra bizi nə gözləyir? Bütün bunlar haqda tükürpədən araşdırma aparılıb:

Ölüm hər kəs üçün özəl, bənzərsiz, şəxsi bir səfərdir. Birisi ölümə doğru yaxınlaşır və məlum dünyadan bilinməyən, sirli bir yolçuluğa çıxır. Məhz bu məqamda insan ölümü qavrayır, öz ölümünə inanaraq kəşfə başlayır. Bəzilərinin həmin son məznilə çatması aylar, bəzilərininki isə bir neçə gün çəkir.

Ölümə 1-3 ay qalanda

Bir nəfər ölümünün yaxınlaşdığını hiss edəndə, onu qəbul etməyə başlayanda çevrəsindəkilərdən uzaqlaşmağa çalışır. Bu məqamda onda dünya və içərisindəki hər şeydən ayrılma mərhələsi başlayır. Dostlarının, qonşuların, hətta ailə üzvlərinin belə ziyarətindən imtina edə bilər. Ona baş çəkməyə gələnlərə həvəssiz, soyuq davrana və onların gəlişindən xoşlanmaya bilərlər.

Öz həyatları, ötən ömrü haqda düşünür, xatirələri yada salırlar. Necə bir ömür yaşadıqlarını düşünürlər. Eyni zamanda iştahlqarı azalır, çəki itirirlər.

Yediklərindən enerji almağa gərək görmürlər.

Bir zamanlar zövq aldığı şeylər artıq onları cəlb etmir. Bir istədikləri şey var, o da yatmaqdır.

Dəyişən bədən xəfif bir hiss yaradır. Onlar nə ac, nə də susuzdur. Yeyib-yeməyəndə də acı çəkmirlər.Və bu da başladıqları yolun bir parçasıdır.

Ölümə iki həftə qaldıqda: ruhi dəyişikliklər

Bu mərhələdə insanlar daha çox yatırlar. Onlarda oriyentasiya pozğunluğu yaranır. Həmin şəxs gizli düşman, yaxud məğlub olma həyəcanı yaşayır. Hollüsinasiyalar görürlər, bəzən orda olmayan insanlarla danışırlar. Danışdığı insanlar əsasən ölmüş şəxslər olur.

Həyat ilə gerçək arasındakı pərdə qalxır. Məqsədsiz hərəkətlər edir, daha doğrusu onların elədikləri ətrafdakılara gərəksiz görünür. Çünki onlar getdikcə bu dünyadan uzaqlaşırlar.

Fiziki dəyişikliklər

Bədən çətinliklə özünü müdafiə edir. Vücudda başqa əlamətlər də görünür.

Hərarət düşür.

Qan dövranı zəifləyir.

Nəbz düzənsizdir, ya çox zəif, ya da sürətlə vurur.

Tərləmə müşahidə olunur.

Dəridə rəng dəyişiklikləri baş verir.

Solğun, mavi rəng diqqət çəkir. Xüsusən dodaqlar və dırnaq dibləri bu rəngdə olur.

Tənəffüs dəyişikliyi müşahidə olunur. Ağır nəfəs alır. Bəzən tıxanıqlıq yaranır və öskürəyə yol açır. Danışma azalır və sonda tamamən dayanır.

Tez-tez nəfəs almanın sonunda nəfəs tamamilə dayana bilir.

Əllər və ayaqlar mavi və ləkəli ola bilir. İnsan tədricən reaksiya verməməyə başlayır. Gözləri açıq və ya yarımaçıq olsa da, ətrafı görmürlər.

İnanclara görə, bu məqamda ölməkdə olan insanın sevdiyi insanlar yanında oturub onunla danışmalıdırlar.

Sonda nəfəs tamamilə kəsilir və ürək dayanır.

Öldükdən 3 dəqiqə sonra

İngiltərədəki Şouthamton Universitetinin gerçəkləşdirdiyi araşdırmada məlum olub ki, insan öldükdən sonra 3 dəqiqə zehni açıq olur.

Ölüm hər bir canlı üçün keçərli bir sonluqdur.Bu günə qədər heç kim onun dəqiq nə olduğunu deyə bilmədi, hamı sadəcə qorxdu. Daha öncə aparılan araşdırmalara görə, beyin, ürək ölümdən sonrakı 30 saniyədə dayanır. Amma ingilis araşdırmaçıları isə bu müddətin 30 saniyə deyil, 3 dəqiqə olduğunu iddia edirlər. Onlar bildirir ki, ürək qanı vurmağı dayandırdıqda insan ölmüş sayılır.

Amma bu məqamda beyin hüceyrələrinin fəaliyyəti davam edir. 3 dəqiqədən sonra isə insanın qavramı tamamilə dayanır.

“Ürəyim dayansa da, hər şeyi hiss eləyirdim”

Araşdırmanı aparan həkim Sam Parnia müxtəlif xəstəliklərdən ürəyi dayanmasına baxmayaraq, həyala vidalaşmayan 2000 nəfər üzərində müxtəlif testlər apardığını deyir: “Bu şəxslərin 100-dən 40-ı ürəkləri dayansa da, hər şeyi hiss etdiklərini deyirlər. Qavramları qismən açıqdır. Bu insanların yarısı isə ölüm anında ən çox qorxu hiss etdiklərini deyirlər”.

Altunay, Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.