Kiyevdə öldürülən sədr Lotu Qulinin adamı imiş VIDEO
4-07-2018, 16:11
Azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun Ukraynadakı adamı öldürülüb. Criminal.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Kiyevdəki dolma restoranının qarşısında öldürülən Davud Ağayev Lotu Qulinin kriminal şəbəkəsinin Ukrayna qolunun nümayəndəsidir.
Ukrayna parlamentinin deputatı İqor Mosinçyuk bildirib ki, öldürülən azərbaycanlı Oleq Kripavinə (Oleq Bakinskiy) yaxınlığı ilə tanınırdı. Rəsmi şəkildə iş adamı olan Oleq həmçinin Ukrayna Azərbaycanlıları Təşkilatının Kiyev şöbəsinin sədridir.
Bəzi məlumatlara görə, o, Lotu Qulinin Ukraynadakı narkotik biznesini və kriminal qruplaşmalarını idarə edir. O həmçinin Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamlarının qaçırılmasını, təhdid edərək onlardan pul alınmasını təşkil edir. Son üç ildə Ukraynada 30 azərbaycanlı iş adamı qaçırılıb. Bu adam oğurluqlarını Azərbaycan mafiyası təşkil edib. Ukrayna polisindən bildirirkər ki, Lotu Quli və Oleq Bakinskiy iş adamlarını qaçıraraq milyon dollar təzminat aldıqdan sonra buraxdıqdan sonra Ukraynada "məşhurlaşıblar".
Hətta bu ilin əvvəlində Ukraynadakı azərbaycanlı icmasının nümayəndələri aksiya keçirərək hakimiyyət strukturlarına müraciət ediblər ki, onları Azərbaycan kriminal avtoritetlərindən və onların özbaşınalıqlarından qorusunlar.
Crimerussia.ru portalının məlumatına görə, Ukraynada yaşayan azərbaycanlıların çox hissəsi Qulinin kriminal qruplaşmasından uzaq durmağa çalışırlar. Onların bir çoxu 2016-cı ildə İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskiyə sadiqdirlər. Quli-Lənkəranski qarşıdurması zaman-zaman özünü biruzə verir. Ötən il Odessa vilayətində də Qulinin iki adamı güllələnmişdi. Lakin həmin vaxt onların bəxti gətirmiş, yüngül xəsarətlərlə qurtula bilmişdilər.