Gəncənin icra başçısını güllələyən Yunus Səfərovun yeni görüntüləri yayılıb.
Qan içərisində yerdə qaldığını əks etdirən fotolardan sonra bu dəfə onun saqqallı görkəmdə olan şəkli sosial mediada yer alıb.
Xatırladaq ki, Yunus Səfərov Elmar Vəliyevi və mühafizəçisi Qasım Aşbazovu odlu silahla ağır yaralanıb.
Qeyd edək ki, iddialara görə, hadisəni törədən şəxsin bacısı şikayətlə əlaqədar Gəncənin icra başçısının qəbuluna gedib. Amma E.Vəliyev onu təhqir edərək otağından qovub. Bundan xəbər tutan qardaşı Yunus icra başçısına silahlı hücum edib./minval.info/