Ermənilər Elarizin qardaşının başını kəsib

19-06-2014, 11:41   
Ermənilər Elarizin qardaşının başını kəsib
“Düz üzünə” verilişinin növbəti çəkilişində gərgin anlar yaşanıb.

Müğənni Elariz Məmmədoğlu bu günə kimi sirr saxladığı ağrını tamaşaçılarla bölüşüb. Ermənilər tərəfindən başı kəsilən döyüşçü qardaşı haqqında danışan müğənninin dəfələrlə halı pisləşib. Elarizin anası hələ də oğlunun şəhid olduğunu bilmir. Onu ovutmaq üçün oğlunun əsir olduğunu söyləyirlər. Anaya cəsarət edib bu faktı demirlər ki, onun ürəyi bu dərdə dözməyə bilər. Oğul dərdinə dözməyən atasını itirən Elariz anasını qoruyub saxlamaq üçün bu addımı atır. Hələ də meyitinin yeri bəlli olmayan döyüşçü anası oğlunun yolunu gözləyir. Ana bilmir ki, onun oğlu bir daha geri qayıtmayacaq.

Elariz bildirib ki,“Düz üzünə” verilişini də anasından gizli saxlayacaq. Çalışacaq ki, ailəsi və doğmaları ilə bərabər veriliş efirə gedən zaman ananın başını başqa işlərə qatsınlar. Qeyd edək ki, bu barədə məlumatı “Olaylar” yayıb.
[media=http://www.youtube.com/watch?v=hGxcPiZRG8c]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.