Nərimanov RİH Hacıbala Abutalıbova bağlı bazardakı yanğına reaksiya verdi FOTO, YENİLƏNİB

8-07-2018, 19:59   





 








Bakının Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbova məxsus olan tikinti materialları bazarında növbəti yanğınla bağlı informasiyaya reaksiya verib.

Nərimanov RİH-dən virtualaz.org-a bildiriblər ki, bu bazarda tez-tez müşahidə olunan yanğınlar həmin əraziyə atılan məişət tullantılarına görə baş verir: "Bizim nümayəndələrimiz bazarın ərazisinə baxış keçiriblər. Yaxın vaxtlarda ərazinin təmizlənməsi üzrə işlərə başlanacaq".

*   *   *18:14

Virtualaz.org-a məlum olub ki, Nərimanov rayonunda yanan tikinti materialları bazarı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbova məxsusdur.

Bundan başqa o da məlum olub ki, bu həmin bazarda il ərzində baş verən 32-ci yanğın hadisəsidir.

*   *   *17:37

Bakının Nərimanov rayonunda, son bir neçə həftə ərzində, tikinti materialları bazarı artıq üçüncü dəfədir ki, yanır.

Virtualaz.org xatırladır ki, bazar bundan əvvəl 19 iyunda yanmışdı. Onda yanğın nəticəsində üç nəfər zərər çəkmişdi. İqtisadi zərər milyonlarla dollarla hesablanırdı.

Tikinti materialları bazarında yeni yanğının nəticəsi hələlik məlum deyildir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.