ZİYA MƏMMƏDOVUN ƏLİNDƏN ALINAN OTELDƏ FACİƏ – Kanat qırıldı, ölən və yaralananlar var

9-07-2018, 17:46   

 



Xəbər verildiyi kimi, “Quba Palace Hotel”ə (Əvvəlki adı “Quba Rixos”) məxsus olan kanat qırılması nəticəsidə 1 nəfərin ölüb, 3 nəfər yaralanıb.
Məsələ ilə bağlı “Quba Palace Hotel”in marketinq şöbəsinin müdiri Ceyhun Yəhyayevin verdiyi məlumata görə, hadisə “SCADA” şirkətinin əməkdaşlarının ehtiyatsızlığı səbəbindən baş verib:“Quba Palace Hotel”də kanat yolu var. Bu kanat yolunun trosu qısaldılmalı idi. Bunun üçün isə xüsusi peşəkar mütəxəssislərə ehtiyac vardı. Biz araşdırma apardıq və ölkə ərazisində peşəkar xidmət verən “SCADA” şirkəti ilə razılaşdıq. Onların əməkdaşları çağırıldı və bir həftə ərzində işə başlanıldı.
Təmir zamanı özləri ilə gətirdikləri tros qırılıb və təəssüflər olsun ki, faciəli hadisə baş verib. Kanatın içərisində hadisə zamanı şirkətin iki əməkdaşı olub, biri ölüb digəri isə yaralanıb. Hadisə sadəcə hotel ərazisində baş verib. Amma bütün məsuliyyət birbaşa olaraq “SCADA” şirkətinə məxsusdur”.
“AzPolitika.info” xatırladır  ki, ” Quba Rixos” oteli əvvəllər sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə  məxsus olub. Otel oğlu Anar Məmmədovun biznes obyektləri arasında idi. Mətbuatda verilən xəbərə görə, nazir vəzifəsindən çıxarıldıqdan sonra əlindən alınıb. Görünür, Məmmədovlar otelin yeni sahiblərinə xeyir-dua verməyiblər… 
***
Quba rayonunda hotellərin birində kanatın qırılması nəticəsində xəsarət alanlardan biri evə buraxılıb.Bu barədə Trend-ə açıqlamasında Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Səfərov məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəstəxanaya 2 nəfər gətirilib: “1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu sağ ayağın aşağı ətrafının sıyrılmış yarası və 1985-ci il təvəllüdlü Əliməmmədov Rahid Mehman oğlu döş qəfəsinin əzilməsi ilə xəstəxanaya gətirilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Rafiq Həsənov evə buraxılıb. Rahid Əliməmmədovun isə müalicəsi davam etdirilir, vəziyyəti stabildir”.
Xatırladaq ki, bu gün Qubada hotellərdən birinin ərazisində kanat qırılıb. Hadisə nəticəsində hotelin əməkdaşı, rayonun Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.