20-dən çox qızı zorladı, doğradı, bişirdi, ətindən məclis təşkil etdi və... - Dəhşətə GƏLƏCƏYİNİZ FAKT

10-07-2018, 09:54   
 

Seriyalı qatil şəxsiyyətin anormal şəkildə pozulmasından sonra 30 gündən daha uzun bir zaman dilimində 3-dən çox insanı öldürən insanlara deyilir. Öldürmə məqsədləri adətən, seksual səbəblərdən olur. Cinayətin qurbanları eyni üsullarla öldürülür və bənzər xüsusiyyətlər daşıyır.
Publika.az “Manyak”, “Quzuların səssizliyi”, “Hannibal”, “Mr. Bruks”, “Seven”, “Kopikat”, “Hellouin”, “Qışqırtı”, “Zodiak”, “Dexter” kimi bir çox film və seriala mövzu olan seriyalı qatillərin nəfəs kəsən hekayələrini təqdim edir.

1952-ci ildə anadan olan Nikolay Cumaqaliyev “metal fanq” ləqəbi ilə tanınıb. Ona bu ləqəbi ağ, metal qoyma dişlərinə görə veriblər.
Onun həyat hekayəsi qadınlardan diksinməsi ilə başlayıb. Fahişəliyi şeytanla əməkdaşlıq etmək kimi başa düşən Nikolay bu duruma son vermək və şeytandan intiqam almaq üçün qadınlara təcavüz etməyə başlayıb. Geridə ondan şikayətçi ola biləcək kimsəni buraxmamaq üçün təcavüz etdiyi qadınların cəsədlərini parçalayıb, bişirib və dostları üçün təşkil etdiyi məclislərdə onlara yedirib. Öldürdüyü qadın sayı 100-dən çoxdur...
Evində tapılan balta və cəsəd parçaları onu bir dəlixanaya göndərmək üçün kifayət edib. Ancaq Nikolay ondan da qaçmağı bacarıb və 2 il boyunca rusiyalı polislərdən gizlənə bilib. Sonda Özbəkistanda ələ keçirilib və orada xəstəxanaya yerləşdirilib.

1906-cı ildə anadan olan Eduard Teodor Gein amerikalı seriyalı qatildir. Cinayətləri bir çox hekayələrə və filmlərə mövzu olub: “Manyak” (1960 film), “The Silence of the Lambs” (Tomas Harris / Conatan Demme), “Texas Mişar Qətliamı” (1973) və s.
Ed gənclik illərində seksin böyük bir günah olduğuna inanaraq yaşayıb. Anasının yanında böyüyüb və öldükdən sonra qadın vücudu ilə maraqlanmağa başlayıb. Anatomiya sahəsində araşdırmalar etdikdən sonra məzarlıqdan oğurladığı cəsədlər üzərində öyrəndiklərini tətbiq etməyə başlayıb. Bir müddət sonra təzə bədənlər üzərində araşdırma aparmaq istəyən seriyalı qatil qurbanlarını anası yaşında (55) seçib. O, cəsədlərlə cinsi əlaqəyə girməklə yanaşı, vampirlik də edib və onların dərilərindən geyim, divar kağızı düzəldib. Onun evindən qadınların cinsi orqanı, kəsilmiş qadın başları və yemək üçün daxili orqanlar tapılıb. Həyatının son illərini dəlixanada keçirən Ed 77 yaşında ürək çatışmazlığından ölüb.


“Quzuların səssizliyi” filmi və filmin “Keş” obrazı Hannibal Lesterə ilham qaynağı olan seriyalı qatil Boz adam, Uisteriyanın canavar adamı və Bruklin vampiri kimi ləqəblərlə tanınıb. O, 100-dən çox cinayətdə şübhəli bilinir. Tanınan ən qoca seriyalı qatil ünvanına sahibdir.
“İncil” kitabına böyük maraq göstərən qatil rahib olmağı xəyal edib. Həbsxanada bir psixiatrın söylədiyinə görə, uşağın ətini yeməsini və qanını içməsini müqəddəs Rəbbani ayini düşüncəsinə bağlayıb. Qurbanlarından biri Qreys Buddu öldürdükdən sonra 9 gün onun əti ilə qidalanıb.
Adətən, kiçik və müdafiəsiz uşaqları qurban seçən Albert Fiş cinayətlərində mütləq işgəncə tətbiq edib, təcavüz edib və ətlərini yeyib. O, qurbanlarına ağrı çəkdirməkdən böyük zövq alıb. Bütün bunları isə din adına etdiyinə inanıb. Seriyalı qatil özünə də işgəncə verməkdən həzz alıb və öz sidiyini içib. Kiçik mismarlı ağaclarla özünü döyüb, qasığına iynə batırıb və özünə cinsi, fiziki işgəncələr verib. İşgəncə verdiyi uşaqları isə “Tanrıya verilən qurban” kimi qələmə verib.

1960-cı ilin sonlarında və 1970-ci illərin əvvəllərində Şimali Kaliforniyada fəaliyyət göstərmiş seriyalı qatildir. Kimliyi isə hələ də müəyyən edilməyib.


Pedro Alonso Lopez 1949-cu ildə dünyaya gəlib. Ailənin 13 uşağından biri olub. 8 yaşında bacılarından birini zorlayıb və buna cəza olaraq anası onu küçəyə atıb. Problemli uşaqlığının gətirdiyi böhranlar səbəbilə Pedro 300-dən çox uşağa təcavüz edib və öldürüb.
Tarixdə ən çox insan öldürən seriyalı qatil Pedro 60 uşağa təcavüz edib, öldürməklə ittiham olunub. 16 il həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.


Qurbanlarını evinin zirzəmisində saxlayıb borulara bağlayan qazdığı torpaq çuxurlara atan, döyərək işgəncə verib, təcavüz edib ac qoyan Geri 1999-cu ildə bu əməllərinə görə edam edilib. Tanrı ilə danışdığını iddia edərək kilsə qurmaq istəyən və mürid toplamağı bacaran Geri evinin üst qatında kilsə açıb. Alt qatında isə 6 qadına dəhşətli işgəncələr verib.

Teodor Bundi 2 il içlində 20-dən çox qıza təcavüz edərək onları öldürüb. 28 qurbanının olduğu bilinir. İlk qurbanı 20 yaşlı otaq yoldaşı olub. Yaraşıqlı qatil kimi tanınan Ted Amerikanın ən məşhur seriyalı qatillərindəndir. Hətta “Seriyalı qatil” ifadəsi onu təsvir etmək üçün işlədilib. İşlədiyi cinayətlərə rəğmən, yaraşıqlı, təhsilli və kübar gənc olaraq cəmiyyətdə tanınıb. Qurbanlarını döyərək, bəzən boğaraq öldürüb. Öldükdən sonra isə onlara təcavüz edib.

İstismarçılğı dəlilik səviyyəsinə çatdıran anasının ona yaşatdığı dəhşətverici şeylərlə böyüyən Lukas seriyalı qatil olmağa uşaq yaşlarından başlayıb. 13 yaşına çatanda ögey qardaşı ilə birlikdə sekslə məşğul olub, qardaşı onu heyvanlarla cinsi əlaqədə olmağa məcbur edib.
1979-cu ildə Ottis Tule ilə tanış olub, 4 il birlikdə “əyləndikdən” sonra əksəriyyəti qadın olan 108 nəfəri öldürüblər. Bəzi qurbanlarını isə yeyiblər. 1983-cü ildə həbs edilib və 2001-ci ildə həbsxanada ölüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.