Əbülfəz Elçibəyin qardaşı oğlunun yeni yaratdığı hərakata qarşı polis basqısı - VİDEO

9-08-2018, 20:00   





Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin təsis etdiyi BƏYAZ Hərəkatın ofisinə polis basqısı olub. Bu haqda Azerbaycanrealligi.com-a Bəyaz Hərəkatın təşklat komitəsinin üzvü Həsən Qasımov məlumat verib. Onun sözlərinə görə, dünən Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinin 12 əməliyyatçısı və bir rəis müavini ofisə gələrək kompüterlərə baxış keçiriblər, Hərəkatın 6 fəal üzvünü post-patrul maşını ilə 19-cu polis bölməsinə aparıb, 5 saat sorğu-sual etdikdən sonra sərbəst buraxıblar. Daha sonra onların kirayələdiyi ofisin sahibinə təzyiq edərək Hərəkata icarəyə verilmiş ofisi geri almağını tələb ediblər. Xəbər hazırlanarkən bu dəqiqələrdə məlumat daxil oldu ki, artıq icarəyə götürülən ofis boşladılır. Hürrü Əliyev baş vermiş bu xoşagəlməz halı həm Əbülfəz Elçibəyə qarşı, həm də özünün yaradığı təşkilata qarşı hörmətsizlik hesab edir.

Bəyaz Hərəkatı baş vermiş hadisə ilə bağlı bəyanatda yazıb. Həmin bəyanatı olduğu kimi təqdim edirik.

BƏYANAT

BEYAZ HEREKAT TK-nin açıqlaması: 07.08.2018 tarixində Nəsimi rayon 19 saylı polis bölməsinin rəisi Rahib Mirzəyevin rəhbərliyi ilə bir qrup polis əməkdaşı BƏYAZ Hərəkatının müvəqqəti ofisinə daxil olaraq sənədlərə və texniki qurğulara baxış keçirmişlər. Heç bir əsas göstərmədən tk-nin üzvləri və ofisə təşrif buyuran Milli Qvardiyanın keçmiş üzvləri olan əlilləri və veteranları 4 saata yaxın müddətdə polis bölməsində saxlayaraq dindirmələr aparılmışdır. Sonda "polisin profilaktik tədbir" qənaəti ilə axşam saatlarında azad edilmişlər. Nəticədə, öz şəxsi evini müvəqqəti olaraq BƏYAZ Hərəkatın istifadəsinə təmannasız verən dostumuz üzrxahlıqla ofisin boşaldılmasını xahiş etmişdir. Ciliz, məntiqsiz və yersiz arqumentlərlə BƏYAZ Hərəkatına bilərəkdən yaxud təsadüfən təsir göstərmək mümkün olmadığından hörmətli polislərimizin hərəkətlərindən sadəcə olaraq təssüflənirik. Nəticədə müvəqqəti sığındığımız balaca ofisimizdən cıxarıldıq. Amma Bəyaz Hərəkatın mübarizəsi ofislərə, qərargahlara sığan bir fəaliyyət deyil. Hər kəs bilsin ki, hökumətin bu təzyiqi, yəni milli ideoloji xətt götürən, Qarabağsız azadlığı qəbul etməyən və bütöv Azərbaycan uğrunda mübarizəyə səsləyən Elçibəy ideyalarının davamçısı olan bir təşkilata hökumətin göstərdiyi bu münasibət də anlaşılan deyil.

Bəyaz Hərəkatın Ofisi

Polis tərəfindən saxlanılan Bəyazçı fəal
Bəyaz Hərakatın üzvüləri polisə aparıldıqı video fakt


Bəyaz Hərəkatın ofisdən çıxarılma ani - video



Azerbaycanrealligi.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.