Azərbaycanda 2018-ci ilin 10 ayında 1.177 ton heroin tutulub - ilginc statistika

20-11-2018, 09:40   

Baş nazirin müavini Əli Həsənov: “İranla sərhədin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib ki, həmin ərazilərdən də Avropa və digər ölkələrə narkotik vasitələr daşınır”

“Azərbaycanın İranla dövlət sərhədinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib ki, həmin ərazilərdən də Avropa və digər ölkələrə narkotik vasitələr daşınır”.

Bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarda ermənilər tərəfindən narkotik bitkilər becərilir:

“Həmin ərazilərdə narkotiklərin istehsalı və tranziti, eləcə də terrorçu qrupların yaradılması və onlara təlimlər keçirilməsi təhlükənin miqyasını daha da artırır. Bu, beynəlxalq normaları pozur”.

Qeyd edək ki, 2014-cü ildə ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi “Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası” adlı hesabatda bildirilirdi ki, Azərbaycan ərazisindən hər il 11 tona qədər heroin keçirilir. Bunun çox hissəsi İranla sərhəd vasitəsilə cənubdan daxil olur. Ölkə Gürcüstandan və Türkiyədən keçirilən narkotik üçün də əlverişli sayılır. Hesabatda Azərbaycanın işğal altındakı Dağlıq Qarabağın sərhədlərini qoruya bilməməsindən də narahatlıq ifadə olunurdu.

“Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 15 fərman, 54 sərəncam verilib”.

Bu sözləri də ötən gün  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan parlamenti tərəfindən 36 qanun qəbul olunub. Nazirlər Kabineti 23 qərar, 5 sərəncam qəbul edib.  Əli Həsənov qeyd edib ki, bu ilin 10 ayı ərzində 2 min 655 fakt üzrə 2 ton 86 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Onlardan 1 ton 177 kiloqramı heroin təşkil edib: “Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxsləri müalicə etməklə, onların sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin edilib”.

Æli HÉsÉnov ile ilgili görsel sonucu

Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə Azərbaycanda 52 kiloqram 200 qram heroin qeyri-qanuni dövriyyədən çıxarılmışdısa, 2018-ci ilin 10 ayında bu rəqəm - 1 ton 177 kiloqram olub. İl sona çatmayıb və rəqəmin dəyişəcəyi də qaçılmazdır.

7 il ərzində qanunsuz nakkotik dövriyyəsinin bu qədər sürətlə böyüməsi nədən xəbər verir?

Sabiq təhlükəsizlik zabiti, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən ekspert Arzu Nağıyev deyir ki, hazırda dünyada qanunsuz dövriyyə ilə bağlı son dərəcə sadə olmayan bir vəziyyət yaranıb: “Bir neçə gün əvvəl prezident İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. 100-dən çox dövlətin 500-dən artıq nümayəndəsi həmin tədbirə qatılacaq. Bu gün Azərbaycan dünyanı düşündürən, ən böyük problemlərdən biri olan narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasına öz töhfəsini verir. Son zamanlar Azərbaycan hüquq-mühafizə orqanları narkotiklərə qarşı mübarizədə mühüm işlər görür. Azərbaycan müstəqillik qazanandan sonra mənfur qonşularla müharibəyə cəlb edildi. Narkomafiyalar da əsasən gərginlik ocaqları olan ərazilərdəki separatçılarla əlbir işləyirlər. Dağlıq Qarabağ zonasında relyef də, dondurulmuş münaqişə də oradakı terrorçular, qanunsuz dəstələr də narkoticarət üçün münbit şərait yaradır. Düşünürəm ki, həmin ərazilərdə müəyyən laboratoriyalar da mövcuddur. BMT-nin hesabatlarında bu haqda məlumatlar keçib. BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə Təşkilatının hazırladığı ”Dünya Narkotiklər hesabatında" bildirilir ki, Qafqazda və regionda separatçı rejimlərin nəzarətində olan ərazilər - xüsusən də Dağlıq Qarabağ və Abxaziya heroin trafikində önəmli yer tutur. BMT-nin narkotiklərlə bağlı hesabatına görə ümumilikdə Avropaya daşınan heroin satışından gələn illik gəlir 20 milyard dolları aşır. Heroin ağır narkotikdir və istehsalı əsasən Əfqanıstandadır. Əvvəllər narkotiklər əsasən Balkanlar üzərindən daşınırdı. Balkanlarda müharibə qızışdığına görə marşrutu cənub və şimal marşrutlarına dəyişdilər. İran, Rusiya, Azərbaycan, Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilir. Ukrayna əraziləri də narkoticarətçilərin tranzit yollarına daxildir. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edir. Onlar bir-iki dəfə marşrutu yoxlayırlar. Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni - “Şimali Balkan yolu” adlandırdığı marşrut məhz Azərbaycandan keçir: Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınır. Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca - Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala - Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Hollandiya, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedir".

Ekspertin sözlərinə görə, Əfqanıstan-İran-Azərbaycan-Avropa dövlətləri yolu da illərdir ki, məlum yoldur: “Bu axın Azərbaycanda istehsalın, istehlakın nə qədər olmasından asılı məsələ deyil. Arada olur ki, Balkanlarda müharibə ilə əlaqədar narkotik marşrutları tez-tez dəyişir. Böyük narkotik partiyalarının tutulması onu deməyə əsas verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları əvvəlki illərə nisbətən daha çox daxil olmağa başlayıb. Hiss olunur ki, tutulan mallar Azərbaycan üçün deyil, məhz Avropa üçün nəzərdə tutulub”.

Arzu NaÄıyev ile ilgili görsel sonucu

Arzu Nağıyev deyir ki, bu gün dünyada narkotrafiklə bağlı ikili standartlar var: “Əfqanıstanı taliblər idarə edəndə orada ən az narkotik istehsal olunmuşdu. Sonradan Rusiya qoşunları orada olanda narkotik istehsalı az da olsa artdı. ABŞ və digərləri ora girəndən sonra isə narkotrafik həddən artıq çoxaldı. Əfqanıstanda narkotiklərin yetişdirilməsi geniş vüsət alıb. İnandırıcı görünmür ki, bu nəzarətsizlikdən irəli gəlir. Söhbət ikili standartlardan gedir. Bu gün Əfqanıstanda kənd təsərrüfatını dirçəldə, iqtisadiyyatı bir tərəfə yönləndirə bilsələr, ola bilər ki, narkotik becərilməsinin qarşısını ala bilərlər. Bunu etmirlər. Əfqanıstanlı, hansı ki, narkotik becərilməsi ilə məşğuldur, o, bu işdən imtina edən deyil. Çünki onun başqa qazanc yeri yoxdur”.

Onun sözlərinə görə, Əfqanıstanda narkotik becərilməsinin qarşısını almaq üçün yollar axtarılmır: “Bu gün Əfqanıstanda həmin qoşun kontingentinin yerləşdirilməsinin özəl səbəbləri var. Əfqanıstanda böyük litium yataqları var. Həmin yataqları ələ keçirmək üçün məqsədyönlü iş aparılır. Litium elektromobillərin yaradılması üçün əvəzsiz komponentdir. Dünya postneft dövrünə qədəm qoyandan sonra litium neftin yerinə keçəcək. İndidən həmin yataqların olduğu ərazilər ələ keçirilir və buna görə də Əfqanıstanda narkotik becərilməsinə göz yumulur. Düşünürəm ki, onların arasında razılıq, danışıq var. Başqa cür ola bilməz. Əfqanıstanda müharibə getdiyi dövrdə narkotik plantasiyalarının birinə də bir bomba düşməyib, dron-kamikadzelərlə hücum olmayıb. Bu təsadüfdür?”

MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.