SAATLIDA QƏTLƏ YETİRİLƏN KRİMİNAL AVTORİTETLƏ BAĞLI YENİ XƏBƏR

26-11-2018, 09:30   
 
Saatlıda qətlə yetirilən kriminal avtoritet Əkbərov Oktay Saleh oğlu doğulduğu Azadkənd qəbiristanlığında dəfn olunub.

Bu barədə A24.az-a kənd sakinləri tərəfindən verilən məlumatda deyilir. Məlumatda bildirilir ki, ötən gün axşam saatlarında Azadkənd ərazisində BMW markalı avtomobilində sükan arxasında olarkən güllələnərək qətlə yetirilən 1967-ci il təvəllüdlü kən sakini Əkbərov Oktay Saleh oğlu kənd qəbiristanlığında izdihamla dəfn olunub.
Məlumata görə, mərhum avtoritet iki ay bundan əvvəl həbsxanadan azadlığa çıxıb. O, Rusiyada yaşayırmış. Hadisə baş verən günü Bakıdan kəndə gedən O.Əkbərov güllələnib.
Onun bir neçə il bundan əvvəl həyat yoldaşından boşandığı bildirilir. Bir qız övladı var.
Onun kim tərəfindən qətlə yetirildiyi isə hələ ki, məlum deyil.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
***
Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü kən sakini Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.
Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.
Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil.
Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.