Bu saatlarda Almaniyada çeçen mənşəli məşhur kriminal avtoritet, “Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirova qarşı sui-qəsd edilib.
Bu barədə Aztoday.az-a Berlində yaşayan soydaşlarımız məlumat verib. Berlinin Kudamm (Kurfürstendamm) rayonunda baş verən hadisə zamanı bir nəfər ölüb, 1 nəfər isə yaralanıb. Təcili tibbi yardım maşınları və polis hadisə yerinə cəlb edilib.
Soydaşlarımızın verdiyi məlumatda bildirilir ki, “Şeyx Həmzət” sui-qəsddən sağ qurtula bilib.
Sui-qəsdi həyata keçirənlərin kimliyi məlum deyil. Hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışırıq.
Qeyd edək ki, Həmzət Qastəmirov 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.