Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məşhur müğənni güllələndi

20-06-2014, 11:07   
Məşhur müğənni güllələndi
Tanınmış əfqan müğənni, "Müjgan" kimi tanınan Gülnaz Pakistanın Peşəvər şəhərində güllələnib.

Milli.Az The İnternational News-a istinadən bildirir ki, polisdən verilən məlumata görə, 38 yaşlı müğənnini gecə saatlarında onun evinə soxulan 4 silahıl şəxs qətlə yetirib.

Peşəvər şəhər polis idarəsinin rəisi Riazul Hakın dediyinə görə, indiyədək 3 dəfə ərə gedib boşanmış müğənni son bir ildə tək yaşayırdı.
O, iki ay əvvəl qardaşı Sədaqətdən polisə şikayətlənmişdi.

Peşəvər şəhərinin yerləşdiyi Heybər-Pahtunhva vilayətində "Taliban" hərəkatı və radikal islamçıların mövqeləri güclüdür. Onlar musiqini haram sayırlar.
Ötən il 18 yaşlı müğənni Büşrənanı üzünə kükürd turşusu tökərək şikəst ediblər. Hadisə Pakistanın paytaxtı İslamabaddan 150 km şimal-qərbdəki Novşəhrdə baş vermişdi.

24 yaşlı populyar müğənni Qəzala Cavid isə iki ilə əvvəl sabiq əri ilə dalaşandan sonra yollandığı gözəllik salonunu tərk edəndə Peşəvər şəhərində güllələnmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar