Narkotik xalq artistinin nəvəsini qatil etdi - marixuana, paranoya və...

12-12-2018, 09:09   


Azərbaycan SSR xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsi arvadını 5-ci mərtəbədən atmağa vadar edən narkotik maddənin tərkibi, effekti və əks-təsirləri; qətli törədən “Buta Palace”ın art direktoru vaxtilə babası haqda olan filmə də çəkilib

Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Dekabrın 11-nə keçən gecə saat 3 radələrində Nəsimi Rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşid Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, qurudulmuş marixuana götürülüb.

Taxveli Ramiz Pərviz oğlunun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub.

GülaÄa MÉmmÉdovun nÉvÉsi ile ilgili görsel sonucu

Taxveli Ramiz Pərviz oğlu Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsində izahat verərkən Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atmasını etiraf edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Taxveli Ramiz Pərviz oğlu saxlanılıb. Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”ın art direktorudur. O, həmçinin tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.

“Yeni Müsavat”ın məlumatına görə, 1994-cü ildə vəfat edən G.Məmmədovun yeganə qızının adı Gülarədir.  2002-ci ildə “Azərbaycantelefilm”in G.Məmmədov haqqında çəkdiyi filmdə mərhum mügənninin həyat yoldaşı Aliyə Məmmədova, qızı Gülarə və hadisəni törədən Ramiz də iştirak edib.

Qətlə yetirilən Adelya isə 2013-cu ildən “Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səbinə Babayeva publika.az-a bildirib ki, Adelya Taxveli işinin peşəkarı olub: “O, kollektiv daxilində kifayət qədər sevilən, konfliktsiz əməkdaş idi, Gülərüz və pozitiv insan idi...”

Məlumata görə, Adelya Taxveli ilə həyat yoldaşı Ramiz Taxveli arasında dərin sevgi münasibətləri olub. Adelya Taxveli internet gündəliyində tez-tez sevgi duyğuları barədə qeydlər edirmiş və şeirlər yazırmış.

***

Qeyd edək  ki, Barbituratlar tibdə  yuxusuzluqdan əziyyət çəkənlərə kömək etmək üçün istifadə olunur. İnsana yuxu gətirir və sakitləşdirici təsir göstərir. Toz və rəngli kapsullar şəklində satılır. Daimi istifadə xəstəni dərmandan asılı vəziyyətə salır. Alkoqolla və başqa narkotiklərlə qəbulu olduqca təhlükəlidir.

GülaÄa MÉmmÉdovun nÉvÉsi ile ilgili görsel sonucu

Kannabis isə marixuananın beynəlxalq adıdir. “Marixuana” sözü isə ilk dəfə olaraq Meksika hərbi bölümündə yaranıb. Həmin bölmə ərazisində Mariya və Joanna adlı fahişələrin əsgərlər üçün gətirdiyi “uçuran vasitə”yə hər ikisinin adlarını birləşdirərək Marixuanna adı qoymuşdular. O andan bəri narkotik vasitənin adı marixuana olaraq qalıb.

Cannabis bitkisi hər şəraitdə yetişə bilər. Bitkinin ölçüsü gün ərzində 3-5 sm arta bilir. Hündürlüyü isə yarım metrə yaxın olur.

Marixuanın ən fəal inqrediyenti THK -dur. Məhz bu kimyəvi maddə insan psixikasına təsir edərək marixuananın effektini yaradır. Qeyd edək ki, Rusiya və Azərbaycanda marixuana uzun müddət anaşa adlandırılırdı.

Marixuana istifadəsi xoş bir rahatlıq və bəzən bir coşğu halı verə bilər. İstifadəçilər ayrıca görmə, iyləmə, dadbilmə və eşitmə duyğularında kəskinləşmə hiss edə bilərlər. Qısa vaxtda istifadəçilərin iştahında və nəbzində bir artım olar. İstifadəçilər ayrıca avtomobil istifadəsi və məntiqli düşünmə kimi fiziki və zehni işləri yerinə yetirməkdə çətinlik çəkərlər. Yüksək dozalarla istifadə edənlərin düşünmə bacarıqları yavaşlayar və bulanıqlaşar. Marixuana istifadəçidə paranoya yarada bilir. Paranoya isə həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıqdır.

ORXAN,
“Yeni Müsavat”


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.