ARVADINI 5-Cİ MƏRTƏBƏDƏN ATAN DİREKTOR HƏBS EDİLİB – Xanım nazirin qohumudur + Fotolar (Yenilənib)
13-12-2018, 08:48
Dünən Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, hadisə dünən Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib. Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib. Araşdərmalar zamanı o da məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb. Bildirək ki, Ramiz Taxveli “Buta Palace”nin art direktoru olub. Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 9-da Nəsimi rayonu ərazisində Adeliya Taxvelinin yaşadığı mənzilin eyvanından özünü atması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat tədbirləri görülüb. Araşdırmalarla A.Taxvelinin münaqişə zəminində əri Ramiz Taxveli tərəfindən qəsdən eyvandan atılması müəyyən edilib. R.Taxveli tutulmuş, ona məxsus “Lexus” markalı avtomobilə baxış zamanı 5,647 qram marixuana aşkar edilərək götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb. ***
Bakıda baş verən dəhşətli cinayətin qurbanı olan Adelya Taxveli Gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumudur. “Qafqazinfo”ya daxil olan məlumata görə, 30 yaşlı Adelyanın anası nazirin xalası qızıdır. Gənc xanımın Amerikada təhsil aldığı, həyat yoldaşı Ramiz Taxveli ilə sevərək ailə qurduğu bildirilir. Onların bu nikahdan iki uşağı var. Cütlüyün toyunda nazir A. Rəhimov və ailəsi də iştirak edib. Adelyanın ata tərəfi də tanınmış nəsildir. Nənəsi Ədilə Namazova Tibb elmləri doktorudur. Adelyaya da onun adını qoyublar. Atası Azər Namazov isə ixtisasca həkimdir. Sözügedən ailə bir müddət əvvəl medianın gündəminə mülklə bağlı gəlib. Adelyanın atası A. Namazov həyat yoldaşı (Adelyanın anası) Samirə Süleymanovadan şikayətçi olaraq hədə-qorxu ilə evinin əlindən alındığını bildirmişdi. Hətta tərəflər Səbail Məhkəməsində üz-üzə gəlmişdilər. Qeyd edək ki, hadisə dünən saat 3 radələrində baş verib. “Buta Palace”nin art direktoru Ramiz Taxveli xanımı Adelya Taxvelini 5-ci mərtəbədən balkondan atıb. R.Taxveli narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb *** Dünən gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, ilkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb. Onun həyat yoldaşı Ramiz Taxvelinin maşınına baxış keçirilən zaman bir ədəd kibrit qutusunda 5,6 qram marixuana aşkar edilərək görülüb. R.Taxvelinin tibbi müayinəsi zamanı onu psixi pozuntularının olduğu müəyyən edilib. O, narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art direktorudur.