Jurnalistin cinayət işi icraata verildi

18-12-2018, 11:26   



"Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BakuPost xəbər verir ki, A.Məmmədovun barəsində toplanan materiallar baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləyərsə, Anar Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Belə ki, Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

Xatırladaq ki, iyulun 12-də A.Məmmədovun həyat yoldaşı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilib. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminalaz.com saytına girişə məhdudiyyət qoyulub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.