Sosial şəbəkələrdə DYP əməkdaşının yol hərəkəti qaydalarını pozduğunu əks etdirən videogörüntü paylaşılıb. Dekabrın 14-də, saat 18:56 radələrində paytaxtın Babək prospektində 99 YP 279 dövlət qeydiyyat nişanlı xidməti avtomobili idarə edən DYP əməkdaşı zolaqlar üzrə yerdəyişmə edərkən dönmə işığını yandırmayıb. Bununla yanaşı, sağ zolaqla hərəkət edən avtomobilə də təhlükə yaşadıb. Buna görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə müəyyən olunub.
Avtosfer.az görüntüləri təqdim edir. [media=//www.youtube.com/watch?v=8kU1xVQtuC4]