95 gün reanimasiyadan sonra apreldə evə buraxılan aktyor Nejat İşler yenidən əməliyyat olunub.
Septik şokun yaratdığı emboliya yüksəlişi səbəbindən barmaqları göyərən aktyor yenidən əməliyyat olunub. 5 saat davam edən əməliyyat nəticəsində aktyorun sağ əlinin 2 barmağı amputasiya olunub, 3 barmağın sağlamlığını isə bərpa etmək mümkün olub.
Həkimlər bu problemin reanimasiya müddəti uzanan xəstələrdə aşkar edilə bilən bir hal olduğunu söyləyiblər.
Xatırladaq ki, yanvarın 17-də septik şok diaqnozu ilə xəstəxanaya yerləşdirilən, 3 ay reanimasiya bölməsində qalan məşhur türk aktyor Nejat İşler aprelin 22-də evə buraxılandan sonra Bodrumun Gümüşlük bölgəsindəki evinə yollanmışdı.
Xəstənin ümumi vəziyyətinin qənaətbəxş olduğunu deyən həkimi bundan sonrakı mərhələdə aktyorun müalicəsinin ambulator müayinə ilə davam edəcəyini bildirib.