Mehman Hüseynov: “Ya haqsızlığa son qoyulacaq, ya da ac və susuz qalaraq öləcəm"

30-12-2018, 12:05   
 

Bloger quru aclığı davam etdirir

“Mehman Hüseynovun səhhəti çox kritik vəziyyətdədir. Hüseynov dekabrın 26-dan quru aclıq edir. Yemək yemir və su içmir. Üç gün ac və sussuz qaldığına grə səhhəti çox zəifləmişdi və çox pis idi. O ayaq üstə dayana bilmirdi. Hər iki tərəfdən - sağdan və soldan qolundan tutub bizimlə görüşə gətirdilər. O qədər halsız idi ki, vəkillərlə görüş otağına daxil olan kimi yerə yıxıldı”. Bu barədə dekabrın 28-də 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan bloğer Mehman Hüseynovla görüşündən sonra vəkil Şəhla Hümbətova Amerikanın Səsinə müsahibəsində bildirib.



No media source currently available



1:531:530:00

 Direct link 

Vəkil Şəhla Hümbətova

“O bizim xahişimizi qəbul etmədi. Bəyanatı da belədir ki, ona qarşı haqsızlıq baş verir, böhtan atılır, olmayan hadisəyə görə cinayət işi açılıb. Dünən ona Cinayət Məcəlləsinin 317.2 maddəsi ilə (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmək, onların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmək, 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur) ittiham elan olundu. Mehman ifadəsində bildirdi ki, heç bir hadisə baş verməyib, Əli Abdalovu vurmayıb. Ona heç yaxınlaşmayıb da, Əli Abdalov özü yerə yıxılaraq `məni vurdu` qışqırıb”.

Vəkilin sözlərinə görə, Mehman Hüseynov ona qarşı baş verən haqsızlığa son qoyulanadək ac və susuz qalacağını bildirib.

“Ona həkim ayrılıb. Biz orada olanda həkim çağırdıq. Həkim gəlib təzyiqini ölçdü, müayinə etdi.”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.