Bakı şəhər prokurorluğundan virtualaz.org-a daxil olan məlumata görə, qətlə yetirilən şəxs 1996-cı il təvəllüdlü Asif Şamiyevdir.
Qətl hadisəsi Salatın Əsgərova küçəsi, 64-də baş verib.
Hazırda Yasamal rayon Polis Idarəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.
Mərhum ürəyindən bıçaqlanaraq öldürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
* * *16:48
Bu dəqiqələrdə Bakının mərkəzində, “Nizami” metro stansiyasının yaxınlığında dəhşətli qətl hadisəsi baş verib.
Virtualaz.org-un xəbərinə görə, naməlum şəxs tərəfindən bıçaqlanan təxminən 25-26 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Mərhumun fotoşəkli hadisə şahidlərindən biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayılıb. Öldürülən şəxsin kimliyi məlum deyil.
Virtualaz.org qətlin təfərrüatları barədə hüquq-mühafizə orqanlarından məlumat almağa çalışır. Bu barədə ətraflı məlumat verməyə çalışacağıq.
Virtualaz.org