Yediyarovla təhsil şefinin qoçusu xanım jurnalistə hücum çəkdi: iş polisdə..

17-01-2019, 13:18   




Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarovla bağlı gedən yazıya görə 3 gündür hədə-qorxu, təhqirlə üzləşən Reportyor.info-nun baş redaktoru Arifə Əliyevaya hücum olub. Xanım jurnalistə bildirb ki, ona zəng edərək yazının silinməsi tələb olunurdu və əks halda küçədə öldürəcəkləri ilə hədələyirdilər. Oktay Əliyev adında şəxsin müraciəti əsasında işıqlandırılan məqalədən sonra redaksiyaya zəng vuran Oktay adlı şəxs şikayətçi olmadığını bildirib. A.Əliyeva bildirir ki, onun nəzərinə çatdırıb: “Ona sən Oktay deyil, başqa Oktay Əliyevin olduğunu bildirsək də, bezdirməyə başladı. Dedi ki, bəs rayondan Təhsil Şöbəsinin müdiri Baxış müəllim mənə ismarıc edir yazını sildir. Dedim ki, yazını silmirik. Amma sizin mövqeyinizi verəcəyik ki, həmin Oktay siz deyilsiz. Lakin ayın 15-də tanımadığım bir nömrədən telefonuma zəng vuran şəxs məni təhqir edərək küçədə öldürəcəyini bildirdi. Zəng vuran şəxs bildirdi ki, Rusiyadan gəlib və onu Təhsil şefinin müdiri göndərib, get jurnalisti öldür, nə edirsən et, amma yazını sildir gəl. Yanvarın 17-də isə bu işə adiyyatı olmayan Oktay Əliyev zəng vurub məni Azərbaycan Nəşriyyatında tanış jurnalistlərlə gözlədiyini bildirdi. Dedi ki, əmim oğlu da sənə söyüş söyüb, o da üzr istəyəcək. Mən isə video müraciət edəcəm, xahiş edirəm gəlin. Mən isə telefonda bildirdim ki, əmin oğlunu görmək istəmirəm.

Lakin, mən redaksiyaya getdiyim zaman məlum oldu ki bunlar əvəlcədən işi qrub planla məni bura dəvət ediblər. Həmin Oktay Əliyevin əmisi oğlu, yəni təhsil şefinin göndərdyi “killer” mənə hücum edərək saçımdan tutub təhsil şefinin və keçmiş icra başçısının ayağından öpməyə aparacağını bildirdi”. Xanım jurnalist qeyd etdi ki, elə bu zaman ona hücum çəkdi, öldürməyə cəhd etdi: “Nəşriyyatın polisləri onu otağa çəkdilər, o isə ”buraxın məni, onu öldürüb gedəcəm, onsuz mənim kağızım var, heç mənə işdə düşmür deyərək qışqırırdı. Mən isə 102 xidmətinə müraciət edərək nəşriyyata polis çağırdım. O isə hadisə yerindən qaçdı, hazırda polisə müraciət etmişəm”.

REPORTYOR.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.