İbrahim Tatlıses 3 il əvvəl başına gələn silahlı hücum zamanı yanında olan cangüdənini işdən qovub.
ANS PRESS-in məlumatına görə, məşhur türkiyəli sənətçi İbrahim Tatlıses 2011-ci ildə məruz qaldığı silahlı hücumdan sonra onu xəstəxanaya çatdıran mühafizəçilərdən Aldemir adlı cangüdənini işdən çıxarıb.
"İmperator"un bu addımı yerli media orqanlarında "İbrahim həyatını xilas edəni işdən qovdu" başlığı ilə yayılıb. Xəbərlərdə həmçinin, oğlu Ahmet Tatlının da bu qərara qarşı çıxdığı deyilir.
İbrahim Tatlıses isə bu barədə Axşam qəzetinə açıqlama verib. Ailə fərdlərinin onun işinə qarşımadığını bildirən Tatlıses cangüdəni barədə danışarkən, "O tək bir güllə belə atmadı, məni Allah qurtardı" - deyə fikirlərini bildirib. İmperator həmçinin cangüdənə 9600 türk lirəsi ödədiyini də sözlərinə əlavə edib.