Magistral yolda 3 avtomobil toqquşub.“Qafqazinfo”nun məlumatına görə, Bakı-Quba yolunun Abşeron rayonuna düşən hissəsində 3 avtomobil toqquşub. Magistral yolda
“Mercedes” markalı 10 AA 730 , “Mercedes” markalı 99 NL 847 və “Hundai” markalı 90 VJ 997 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Hadisə zamanı “Mercedes” idarəetməni itirərək dərəyə aşıb. Sürücü yüngül xəsarət alıb.
Hadisə yerinə Baş DYPŞ-nin əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.
“AzPolitika.info” dəqiqləşdirib ki, qəzaya düşən avtomobillərdən birinin – “Mercedes” markalı 10 AA 730 dövlət nömrə nişanlı bahalı avtomobilin sükanı arxasında
tanınmış iş adamının, “Bank Respublika” ASC-nin prezidenti Natiq Quliyevin oğlu olub. Onun yüngül xəsarət aldığı, hadisənin də məhz bank sahibinin oğlunun günahı ucbatından baş verdiyi bildirilir.