Flora Kərimovanın qızı boşandı

22-06-2014, 19:24   
Flora Kərimovanın qızı boşandı
Xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva həyat yoldaşından ayrılıb.

Bir müddətdir boşanan cütlük hadisəni mediadan gizli saxlamağa çalışıb.

Flora Kərimova əməkdaşımızla söhbətində məlumatı təsdiqləyib. O deyib ki, bu barədə geniş danışmaq istəmir:

“Bəli, doğrudur. Amma məsələnin heç kimə aidiyyatı yoxdur. Mən anayam, sizin sualınızı cavablandırmaq mənə çətindir. Rica edirəm, bununla bağlı daha heç kim mənimlə əlaqə saxlamasın”.

Qeyd edək ki, Zümrüd və Nazim 10 ilə yaxındır evli olublar. Onların bu izdivacdan övladları dünyaya gəlməyib.

Keçmiş kürəkən isə iyunun 28-də yenidən ailə həyatı qurmağa hazırlaşır. O, "Karvan" restoranında baş tutacaq toyuna şou-biznesin tanınmış nümayəndələrini də dəvət edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.