Kanada növbəti dəfə Rusiyaya ağır sanksiyalar tətbiq edib.
Axar.az xəbər verir ki, Krımın Rusiya tərəfindən işğalı səbəbindən Kanada 11 rus vətəndaşına iqtisadi sanksiyalar tətbiq edib, eyni zamanda, həmin vətəndaşlara Kanadaya daxil olmaq qadağası qoyub. Kanadanın Baş naziri Stiven Harper açıqlamasında bildirib ki, sanksiyalar siyahısına daxil olan şəxslər Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozublar.
Qeyd edək ki, may ayının əvvəlində Kanada 16 kompaniyaya qarşı sanksiyalar tətbiq etmişdi. Bu kompaniyaların da əksəriyyətinin Vladimir Putinin yaxın dostu olan biznesmen Gennadi Timçenkonun adı ilə bağlı olduğu bildirilmişdi.