Rusiya ordusuna 2014-cü il üçün hazırlanan emblem plagiatdır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Mətbuat Rusiya ordusunun yeni embleminin ABŞ-ın poçt markası ilə bənzər olduğunu qeyd edib. Bundan dərhal sonra bir sıra yerli ictimai xadimlər Müdafiə Nazirliyinin belə səhlənkarlığına görə cavab verməli olduğunu tələb ediblər.