"Lotu Quli" yeni müharibəyə başladı: Rusiyada tanınmış avtoritet yaralandı

15-02-2019, 12:29   
 
Rusiyanın Nijnevartovsk şəhərində kriminal qruplaşmaların bazarlara nəzarət uğrunda apardığı mübarizə xüsusi təyinatlı qüvvələrin müdaxiləsi ilə yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın ura.ru saytı məlumat yayıb. Qeyd olunur ki, qanuni-oğru Lotu Quli (Nadir Səlifov) buradakı bazarlar nəzarət üçün iddia irəli sürüb. Onun xüsusilə "Sibirski Balaqan" yarmarkası və mərkəz bazarın bir hissəsi ilə maraqlandığı bildirilir.

Bu səbəbdən Lotu Quli xaricdə olarkən məsələni yerli avtoritetlərlə müzakirə etməsi üçün şəhərə nümayəndəsini göndərib. Lakin müzakirələr uğursuz keçib və yanvar ayının sonlarında baş tutan görüşdə Nijnevartovskun tanınmış avtoritetlərindən biri yaralanıb.

Daha sonra hüquq mühafizə orqanlarının xüsusi təyinatlılarla birgə keçirdiyi əməliyyat çərçivəsində cinayəti törədənlər saxlanılıb. Onlardan biri Kaspiyskidə, digəri isə Moskvada ələ keçib.

Saxlanılanlar barəsində cinayət işi açılıb.

Güc strukturlarındakı mənbələr bunun Nijnevartovskda bazar bölüşdürülməsində ilk cəhd olduğunu bildirir və ikinci dalğanın da yaxın zamanlarda olacağını istisna etmirlər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.