İran kürdlərə İsrailə görə təzyiq edəcək

22-06-2014, 19:51   
İran kürdlərə İsrailə görə təzyiq edəcək
"İraqın şimalındakı Kürd Muxtariyyatı nefti İsrailə satır".

Axar.az xəbər verir ki, İsrailin "Harets" qəzeti yenidən bu iddiaları dilə gətirib.

Mətbuat kürdlərin yenidən öz keçmiş müttəfiqləri olan İsraillə münasibətləri bərpa etməyə çalışdıqlarını bildirib:

"Kürdlər yenidən İsraillə yaxınlaşmağa çalışırlar. Amerika bu neftin satışı ilə bağlı hələ dillənmir. İraq mərkəzi hökuməti isə etiraz etməkdə davam edir. Kürdlərə mane ola biləcək daha bir qüvvə İran olacaq. İrandan kürdlərə həddən artıq güclü təzyiqin olacağı gözlənilir. Amma istənilən halda kürd nefti İsrailə satılacaq".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar