Dinc sakinimiz yaralandı

22-06-2014, 20:46   
Dinc sakinimiz yaralandı
Erməni silahlıları Tərtərin Qafanlı kəndinin sakinini yaralayıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini Əliyev Namiq Nofəl oğlu həyətyanı sahəsində işləyərkən ermənilər tərəfindən vurulub.

Yaralı Tərtər rayon xəstəxanasına çatdırılıb. İlkin məlumatlara görə, Namiq Əliyev ayağından yaralanıb.

Qeyd edək ki, Qafanlı kəndi qoşunların təmas xəttinin yaxınlığında yerləşir. Erməni yaraqlıları kəndi mütəmadi olaraq atəş altında saxlayır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar